Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Hacı Əliyev: Hiss edirdim ki, son anlarda lazım olan fəndi tətbiq edəcəyəm
Tarix: 20.08.2016 | Saat: 06:22:00 | E-mail | Çapa göndər
Ölkəmizə daha bir medal qazandıraraq ilk olimpiya medalı bürünc əyarlı olan Hacı Əliyev görüşdən dərhal sonra fikirlərini bizimlə bölüşdü

- Hacı, səndən yalnız qələbələr görməyə artıq adət etmişik. Döşək üzərində bu gün nə baş verirdi? Bu tilsimdir, bəxtsizlik, ya nə?


- Hamımız yaxşı bilirik ki, olimpiya oyunları heç vaxt adi, sürprizsiz keçməyib. Özünüz də neçənci dəfədir olimpiadalara gəlirsiniz və əyani görürsünüz. Bura gələnlər xüsusi ovqatla, xüsusi ruhla gəlirlər. Buna tilsim deməzdim. Burada elə güclü idmançılar uduzur ki, gözlərinlə gördüyünə də inanmırsan. Burada bir az ağıl, bir az hiylə-kələk və bir az, bəlkə də daha çox bəxt lazım olur. Şansın rolunu az qiymətlədirmək olmaz. Yaponiyalı idmançını kim finalda gözləyirdi ki?! Açığı, özümü nə zəif sayıram, nə də burada zəif olduğumu düşünürəm. Hazırlığım da kifayət qədərdir. Xalça üzərində hiss edirdim ki, onu udmaq imkanım çoxdur. Lakin haradasa bəxt faktoru rolunu oynadı.

- Lap əvvəldə çəki fərqi də var idi.

- Bəli, həm də 12 kq çəki azaltmışam. Normalda 61 kq-dək salaraq, yarışırdım. İndiki vəziyyət özü də böyük risk idi. Belə məcburiyyətlər yarananda, problemlər, qayğılar da az olmur. Diqqəti döşəkdən savayı, çəkiyə də yönətlməli olursan. Ona görə də deməzdim ki, yorulmuşdum, ya da çətinlik çəkirdim. Açığı, bürünc medal görüşüm də göstərdi ki, 1/4 finalda məğlub olduğum mübarizədə son anda son cəhd üçün vaxt çatmadı. Amma məncə, ən əsası, medalsız qayıtmıram. Olimpiya medalı elə olimpiya medalıdır.

- Hə, bu fikrinlə razılaşmaq olar. Sən bürünc medal uğrunda görüşə təsəlliverici seriyanın ağır rəqabətindən gəlmişdin, rəqibin isə yarıminalda uduzaraq, daha çox istirahət üçün fürsət əldə etmişdi. Amma qalib gəldin. Səncə bu qələbədə nə rol oynadı?

- Bəli, elədir. Açığı, elə buna görə də birinci hissənin axırında çox yorğun idim. Elə ikinci hissənin də axırına doğru da yorğunluq artmışdı. Amma bu rəqibimə dəfələrlə qalib gəlmişəm. Ona görə də bu dəfə, bu məkanda, olimpiya döşəyində ona uduzmamalı olduğumu düşünürdüm. Son anlarda onu da düşünürdüm, daha doğrusu, hiss edirdim ki, son anlarda fürsət düşən kimi bütün qüvvəmi toparlayıb, ona lazım olan fəndi tətbiq edəcəyəm.

- Bu nə idi - ustalıq, əzm, yoxsa başqa nəsə?

- Burada yəqin ustalıq da var, amma əzmkarlıq da rolunu oynadı. Bunu siz daha yaxşı görüb qiymətlindirə bilərsiniz.

- Güləşçilər bizi ancaq qələbələrə vərdişkar ediblər. Nəticələriniz azarkeşləri tələbkar edib. Bu da ənənələrdən gələn bira müsbət cəhətdir.

- Razıyam, hamı güləşçilərdən yalnız və yalnız qələbə gözləyir. Bununla belə düşünmürəm ki, güləşçilərimiz zəif çıxış edir. İnşallah, Toğrul Əsgərov, Şərif Şərifov və Xetaq Qazyumov hamımızı qızıl medalla sevindirərlər.

Fotolar Dilavər Nəcəfovundur

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2222 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.10.2022 Fərid Qayıbov: Suqovuşanda növbəti idman bayramı keçirilir
07.09.2022 İşlərimiz uğurlu olubsa, bu, bizim komanda şəklində, bərabər çalışmağımız nəticəsində mümkün olub - Fərid Qayıbov (MÜSAHİBƏ)
07.01.2021 Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
24.08.2020 Ayxan Abbasov: “Sumqayıt” əsl peşəkar futbolçuları Azərbaycan futboluna bəxş edəcək”
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru