18-19 yanvar tarixlərində “Alüminumçu” İdman Evində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında şəhər birinciliyinin açılış mərasimində 1990-cı il 20 yanvar tarixində Azərbaycan xalqına qarşı kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması haqda tədbir iştirakçılarına məlumat verilib və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.
İki gün davam edən yarışda Elmir Həsənov (48kq), Ceyhun Sadıqzadə (52kq), Namiq Abbasov (56kq), Fuad Ağazadə (60kq), Əli Əlizadə (65kq), Elmir Eminov (70kq), Ceyhun Məmmədzadə (75kq), Fərid Vəliyev (81kq), Nicat Aslanov (87kq) və Ağabəy Təmrazov (+87kq) yeniyetmələr arasında, Əliş Yusifov (48kq), Vüqar Şirinov (57kq), Mehman Xəlilov (62kq), Elman Şərifov (68kq), Murad Muradov (74kq), Röyal Məmmədov (82kq) və Eyvaz Nəsibli (90kq) gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.
|