Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Atletiko” La Liqada Bakı-2015-in loqosunda çıxdı
Tarix: 24.11.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər
İspaniyanın futbol klubu Atletiko Madrid ötən gün 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərlə meydana çıxdı. İdman.comaz saytı xəbər verir ki, yeni görünüşlü köynəklər Kopa Del Rey sahiblərinin keçən il Azərbaycanla imzaladığı strateji sponsorluğun tərkib hissəsidir. Azərbaycanın paytaxtında keçiriləcək qitənin birinci multi-idman tədbirinin rəsmi loqosu həmin gün İtaliyanın Roma şəhərində 42-ci Avropa Olimpiya Komitəsinin (AOK) Ümumi Yığıncağında təqdim edilmişdir.

David Villa, Dieqo Kosta və Arda Turan kimi dünyaca tanınmış oyunçular dünən gecə Vincente Calderon stadionunda Gefate CF-yə qarşı 7:0 hesabı ilə gələbə çalaraq həmin həoyunda sinələrində Bakı 2015 loqosu ilə oynadılar. Komanda bu loqonu Azərbaycanı bütün dünyaya tanıtmaq məqsədilə ölkənin turizm şüarı olan “Odlar yurdu Azərbaycan” sözlərinin həkk olunduğu Atletiko formalarını nəzərdə tutan cari razılaşmanın bir hissəsi kimi gələcəkdə də daşıyacaq.

Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunları sadəcə Azərbaycanda deyil, bütövlükdə Avropada mühüm idman nailiyyətini təmsil edir. Oxşar fikirləri bölüşən Atletiko Madrid klubu ideyalarını dünyaya nümayiş etdirmək üçün Azərbaycanla güclərini birləşdirdi. Strateji müttəfiqlik yolu ilə hər iki tərəf idmanın hər kəsin həyatına inteqrasiya edilməsi ilə sağlam həyat tərzinin təşviqi və idman tədbirləri çərçivəsində mədəniyyətin bütün dünyaya tanıdılması sahəsində əməkdaşlıq edir. Qlobal təşəbbüslərinin tərkib hissəsi qismində Atletiko Madrid oyunçuları video ismarıclarla Bakıda keçiriləcək Avropa Oyunlarına dəstəklərini dilə gətirmişlər. Klubun adından ulduz hücumçu Dieqo Kosta bildirmişdir: “Biz Atletiko Madrid olaraq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını dəstəkləyirik. Həm Atletiko, həm Bakı bu işdə birgədirlər!” Dieqonun bir çox komanda yoldaşı da ona qoşularaq tədbiri və hər iki tərəfin rəhbərlik etdiyi hərəkatı dəstəklədiklərini nümayiş etdirmişdir. Arda Turan da kamera qarşısına gələrək həm şəhərə, həm də işinə şəxsi hörmətini və yaxın münasibətini ifadə etmiş və bildirmişdir: “İdmanla insanları və ölkələri birləşdirəcək birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə çox şadam. David Villa da bu tədbirin bütün Avropa gənclərinə göstərəcəyi müsbət təsirlə bağlı şərh etmişdir: “Bu oyunların gənclərdə idmana maraq oyadacağına və bütün Avropada Olimpiya atmosferi yaradacağına inanırıq. Biz də sizinlə oynayacağıq!” Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi idman vasitəsilə gəncləri ilhamlandırmaq istiqamətində hərəkata başçılıq edən Azərbaycanla Atetiko Madrid arasında strateji müttəfiqlik çərçivəsində mühüm təməl rolunu oynayacaq.

Bununla yanaşı, tərəfdaşlıq onların gənclərlə bağlı fəlsəfəsini də əhatə edir. Atletiko Madrid klubu ilə Azərbaycanın uşaqlar üçün idman imkanlarının artırılması yönündəki səyləri mübadilə proqramlarına və Azərbaycanın gənc futbolçularının Atletiko Madrid Akademiyasında ispan futbolunu yaşamaq imkanı ilə təmin edilməsinə gətirib çıxarmışdır. Hal-hazırda Atletiko Madrid Akademiyasında məşq edən uşaqlar birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük maraq və həyəcanla qarşılamış və bildirmişlər: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən böyük fərəh hissi duyuruq. Bu oyunlar Azərbaycanın və Avropanın bütün idmançılarına böyük imkanlar təqdim edəcək.”

‘Dəyişiklik oyunları’ adı verilən Bakı 2015-də 49 Olimpiya ölkəsindən 5400-dən çox atletin 18 idman növü üzrə yarışmasına şahid olacağıq. Bu idman növlərinə Avropanın əsas multi-idman tədbirində ilk dəfə keçiriləcək basketbol 3x3 kimi yeni format və sahələr də daxildir. Planların Avropanın ən dinamik dövlətlərindən birinin ambisiyalarını əks etdirməsi və qitədə əsas idman və mədəniyyət tədbirlərinin gələcəyi üçün cığır açması nəzərdə tutulur. Avropa Oyunları hər dörd ildən bir keçiriləcək və onlara rəhbərliyi AOK edəcək.

Azərbaycanın gənclər və idman naziri cənab Azad Rəhimov bildirmişdir: “İlk dəfə olaraq Avropada multi-idman tədbiri keçiriləcək və biz bu gözəl xəbəri bütün dünyadakı idmansevərlərə çatdırmaq istəyirik. Futbol klubunu fərqləndirən əsas element olan idman formasında məlumatların əks olunması ən effektiv vasitələrdəndir. Bizim Atletiko və onun hal-hazırda sinələrində Bakı 2015 loqosunu daşıdıqları oyunçuları ilə əməkdaşlığımız insanları idmanda birləşdirmək üzrə ortaq istəyimizə əsaslanır. Bu Oyunlar və bizim onlara ev sahibliyi etmək istəyimiz məhz bundan ibarətdir.”

Atletikonun Avropaya dair ambisiyaları da var. İspaniyada ən çox dəstəklənən klublardan olan Atletiko Madrid ötən dörd mövsüm ərzində iki dəfə UEFA Avropa Liqasının və UEFA Superkubokunun qalibi olmuş və UEFA Çempionlar Liqasında 16-cı yerdə qərarlaşmışdır.

Azərbaycanlı dizayner Adəm Yunisovun tərtib etdiyi Bakı 2015 loqosu ölkənin qədim və müasir mədəniyyət və ənənələrini formalaşdıran beş elementdən ibarətdir. Loqo həm xalqın irsini, həm də yeni beynəlxalq idman, turizm və biznes mərkəzi kimi formalaşmasını əks etdirir. Loqonun təqdimatı ilkin idman proqramının və yarış cədvəlinin, o cümlədən yarışların keçiriləcəyi yerlərin baş planının tamamlanması da daxil olmaqla, silsilə tədbirlərin sonuncusudur.



Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3389 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru