Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respublikasında idman sahəsində dopinq nəzarətinin təşkili və keçirilməsi qaydaları haqqında Əsasnamə
Tarix: 30.07.2011 | Saat: 14:40:00 | E-mail | Çapa göndər

(anti-dopinq qaydaları)


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ölkə ərazisində idmanla məşğul olan şəxslərin idman sahəsində qadağan edilmiş maddə və üsullardan istifadəsinə qarşı, yarış və yarışdankənar dövrlərdə dopinq nəzarəti üzrə vacib kompleks tədbirlər həyata keçirirlər.
Mövcud Əsasnamə Ümumdünya Anti-dopinq Kodeksinə uyğun olaraq və Ümumdünya Anti-dopinq Agentliyinin rəylərinə əsasən yerli anti-dopinq təşkilatları üçün hazırlanıb.

I Ümumi müddəalar

1.1. Anti-dopinq sahəsində fəaliyyət göstərən təşkilatlar.

Anti-dopinq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Ümumdünya Anti-dopinq Kodeksi və mövcud Əsasnaməyə uyğun olaraq səlahiyyətli təşkilatlar tərəfindən həyata keçirilir.
Hazırkı əsasnamənin reallaşmasında iştirak edən səlahiyyətli təşkilatlar:
- Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində anti-dopinq nəzarətinin təşkili və həyata keçirilməsini tənzimləyən Azərbaycan Anti-dopinq təşkilatı (AADT)
- Respublika İdman Tibb Mərkəzi;
- Respublikanın regional İdman Tibb Mərkəzləri.
AADT müstəqil təşkilat səlahiyyətlərinə malikdir və aşağıdakılara görə məsuliyyət daşıyır:
- dopinqə nəzarətin təşkili üzrə planlaşdırılmaya, əlaqələndirməyə,
monitorinqə və rəylərə;
- digər yerli və beynəlxalq anti-dopinq təşkilatları ilə qarşılıqlı əlaqələrin
yaradılması və inkişafına;
- anti-dopinq təşkilatları arasında qarşılıqlı səmərəli testlərin keçirilməsinə
köməklik göstərməyə;
- anti-dopinq tədqiqatlarının keçirilməsi istiqamətində fəaliyyətə;
- maarifləndirmə proqramlarının planlaşdırılmasına və hazırlanmasına görə.


1.2. Əsasnamənin tətbiq edilməsi

İdman növləri üzrə federasiyalar (ittifaqlar, assosiasiyalar) mövcud əsasnaməni qəbul etməli və bu əsasnaməni öz nizamnamələrinə və ya qaydalarına daxil etməlidirlər.
Bu əsasnamənin tətbiqi idmançıların idman yarışlarında iştirakının əsasını təşkil edir.
Dövlət və yaxud MOK tərəfindən idman federasiyalarına (ittifaqlar, assosiasiyalar) göstərilən maliyyə və digər yardımların əsas şərtləri anti-dopinq qaydalarını pozmuş idmançılara sanksiyalarının tətbiqi daxil olmaqla bu əsasnamənin tələblərini qəbul etmək və riayət etməkdən ibarətdir.
İdman növləri üzrə federasiyalar (ittifaqlar, assosiasiyalar) AADT-nın səlahiyyətlərinə hörmətlə yanaşmalı və anti-dopinq işinin bütün aspektləri üzrə AADT və digər orqanlarla əməkdaşlıq etməli, Ümumdünya Anti-dopinq Kodeksinə əsasən müvafiq beynəlxalq federasiyaların qaydalarına riayət etməlidirlər.
Ümumdünya Anti-dopinq Kodeksində göstərildiyi kimi Beynəlxalq federasiyalar və AADT bir-birinin səlahiyyətini tanıyırlar.

1.3. Hazırkı əsasnamənin reallaşmasında idmançıların rolu və məsuliyyəti

İdmançılar bilməlidir:
- mövcud əsasnamə ilə tanış olmalı və ona riayət etməlidirlər;
- anti-dopinq müayinələrinə hazır olmalıdırlar;
- qəbul və istifadə etdikləri hər bir qidanın məsuliyyətini daşımalıdırlar;
- öz tibb personalına qadağan edilmiş maddələr və vasitələrin qəbulunun yolverilməz olduğunu bildirməli və aldıqları hər hansı tibbi xidmətinin hər hansı bir anti-dopinq qaydalarına zidd olmaması üçün məsuliyyət daşımalıdırlar;
- beynəlxalq idman federasiyalarına harada olmaları haqda məlumat təqdim etməli, əgər Ümumdünya Anti-dopinq Agentliyinin (ÜADA) məlumat mərkəzində bu haqda məlumat yoxdursa, surətini AADT-ya göndərməlidirlər.




1.4. Hazırkı əsasnamənin reallaşmasında məşqçi, həkim və digər personalın rolu və məsuliyyəti

İdmançıların personalı bilməlidirlər:
- mövcud əsasnamə haqqında məlumatlı olmalı və ona riayət etməlidirlər;
- idmançıların testlərdən keçirilməsinin təşkilində köməklik göstərilməlidirlər;
- idmançılar arasında anti-dopinq vasitələrinin dəyərini təbliğ etmək üçün öz nüfuzlarından istifadə etməlidirlər.

1.5. Hazırkı əsasnamənin reallaşmasında Milli Olimpiya Komitəsinin və Paralimpiya Komitəsinin rolu və məsuliyyəti

Milli Olimpiya və Paralimpiya Komitələri:
- mövcud əsasnamədə və ÜADA–nın kodeksində göstərilmiş qaydalarla öz anti-dopinq qaydalarının uyğunluğunu təmin etməlidirlər:
- idman növləri üzrə federasiyaların (ittifaqlar, assosiasiyalar) Milli Olimpiya və Paralimpiya komitələrinə üzv olmaları üçün əsas şərt ÜADA-nın kodeksinin və bu əsasnamənin tələblərini tanımalarından ibarətdir.
- Milli Anti-dopinq təşkilatı ilə əməkdaşlıq etməlidirlər;
- idmançıya və yaxud idmançının personalına anti-dopinq qaydalarını pozduğuna görə idman yarışlarında iştirakdan kənarlaşdırıldığı müddətdə maliyyələşdirməni qismən və ya tam şəkildə dayandırmalıdırlar;
- qaydaları ÜADA–nın kodeksində göstərilmiş qaydalara uyğun gəlməyən bəzi və yaxud bütün federasiyalara (ittifaqlar, assosiasiyalar) maliyyələşdirməni qismən və ya tam şəkildə dayandırmalıdırlar.

1.6. Milli Anti-dopinq təşkilatlarının rolu və məsuliyyəti

Anti-dopinq təşkilatları aşağıda göstərilənlərə riayət etməlidirlər:
- Anti-dopinq tədqiqatlarının keçirilməsinə köməklik göstərməlidirlər;
- Anti-dopinq fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb vaxtında təqdim etməlidirlər;
- İdmançıların müayinə qeydiyyatına daxil edilməsinin meyarlarını müəyyən etməlidirlər;
- Respublika İdman Tibb Mərkəzində və Respublikanın regional İdman Tibb Mərkəzlərində məlumat-maarifləndirici işləri və nümunələrin toplanmasını təşkil etməlidirlər;
- Terapevtik istifadə (Tİ) ilə bağlı sorğular tərtib edilərkən texniki cəhətdən və məsləhətçi tərəfindən köməklik göstərilməsi də daxil olmaqla sorğuları anti-dopinq təşkilatlarına, ÜADA-ya göndərməli, mübahisəli və mürəkkəb vəziyyətlərdə tibbi ekspertlərin rəyini öyrənməli, həmçinin terapevtik istifadə məsələləri üzrə idman federasiyaları ilə qarşılıqlı fəaliyyəti tənzimləmək üçün komissiya təşkil etməlidirlər;
- Anti-dopinq laboratoriyalarından idmançıların bioloji nümunələrinin nəticələrini əldə etməli, analizin xoşagəlməz nəticələri aşkar edildiyi təqdirdə idman federasiyalarını (ittifaqları, assosiasiyaları ) bu haqda məlumatlandırmalıdırlar;
- A nümunəsinin analizi xoşagəlməz nəticə verdiyi təqdirdə idmançıya öz hüquqlarını bildirməlidirlər;
- milli səviyyəli idmançıların apelyasiya vermə qaydalarını müəyyən etməli, apelyasiya və dinləmə prosesində idmançının müdafiəsini təmin etməli, idmançının idman arbitrajının məhkəməsinə ardıcıl apelyasiya vermək hüququnu təmin etməlidirlər;
- idmanda dopinq qəbuluna qarşı yönəlmiş maarifləndirici və digər anti-dopinq proqramlarını hazırlamalı, planlaşdırmalı və reallaşdırmalıdırlar;
- dopinq nümunəsinin götürülməsi üçün mütəxəssis heyətinin təlimini və attestasiyasının keçirilməsini təşkil etməlidirlər.

1.7. Mühüm beynəlxalq idman yarışlarında təşkilat
komitələrinin rolu və məsuliyyəti

Mühüm beynəlxalq idman yarışlarının təşkilat komitələri bilməlidir:
- Anti-dopinq siyasətini aparmalı və mövcud əsasnaməni (anti-dopinq qaydalarını) qəbul etməlidirlər;
- mövcud əsasnaməyə və ÜADA-nın Kodeksinə zidd olan halların aradan qaldırılması üçün tədbirlər görməlidirlər;
- müstəqil müşahidəçi proqramlarının həyata keçirilməsinə sanksiya verməli və köməklik göstərməlidirlər.


1.8. İdman növləri üzrə federasiyaların rolu və məsuliyyəti

İdman növləri üzrə federasiyalar aşağıda qeyd olunanlara riayət etməlidir:
- mövcud əsasnaməyə və ÜADA-nın kodeksinə uyğun olaraq anti-dopinq siyasətini həyata keçirməlidirlər;
- idmançılardan və idmançıların bütün personalından bu əsasnaməyə və ÜADA-nın kodeksinə uyğun olaraq anti-dopinq qaydalarına riayət etmələrini tələb edilməlidirlər;
- müayinə üçün milli və beynəlxalq qeydiyyata götürülmüş idmançıların olduğu yer haqqında məlumatın toplanması və yeniləşməsini həyata keçirməlidirlər. İdmançının olduğu yerlə bağlı məlumatların AADT-na çatdırılmasını təmin etməlidirlər;
- qadağan olunmuş maddələrin terapevtik istifadəsi üzrə komissiyanın işinin təşkili üçün AADT ilə birgə fəaliyyət göstərilməlidirlər;
- hazırlanmış anti-dopinq proqramlarının həyata keçirilməsinə nəzarət etməlidirlər;
- beynəlxalq idman yarışları zamanı müstəqil müşahidəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməlidirlər;
- anti-dopinq qaydaları ÜADA-nın kodeksində şərh olunan qaydalara uyğun gəlməyən federasiyaları maliyyələşdirməkdən tam və ya qismən imtina etməlidirlər;
- Azərbaycan idmançıları, məşqçiləri və həkimləri tərəfindən anti-dopinq qaydalarının pozulması hallarına ÜADA –nın tələblərinə uyğun baxmalıdırlar;
- anti-dopinq qaydalarının pozulması hallarında istintaq aparmalı, istintaq başa çatdıqdan sonra idmançını onun nəticələri haqda xəbərdar etməlidirlər;
- ÜADA-nın kodeksinin qüvvədə olan tələblərinə əsasən anti-dopinq qaydalarını pozan idmançılar və digər şəxslər üçün onların yarışlardan kənarlaşdırılma müddətini təyin etməlidirlər;
- idmançını, klubları, milli anti-dopinq təşkilatlarını, beynəlxalq federasiyaları və ÜADA-nı qəbul edilmiş qərar haqqında məlumatlandırmalıdırlar.

2. Anti-dopinq qaydalarının pozulması

Anti-dopinq qaydalarının pozulması halları aşağdakılardır:
- idmançıdan götürülmüş nümunələrdə qadağan edilmiş substansiyaların yaxud onların metobalitləri və markerlərinin aşkar edilməsi;
- qadağan edilmiş maddələr yaxud qadağan edilmiş üsulların istifadəsi və yaxud istifadəsinə cəhd göstərilməsi;
- nümunənin verilməsinin vacibliyi haqda xəbərdarlıq edildikdən sonra idmançının üzrlü səbəb olmadan nümunəni verməkdən imtina etməsi, təqdim etməməsi, həmçinin nümunə verməkdən yayınması;
- idmançının yeri haqda məlumatın verilməməsi və növbəti testləşdirmədə iştirak
etməməsi də daxil edilməklə mövcud tələblərin pozulması;
- dopinq nəzarət prosesinin istənilən mərhələsində saxtakarlıq və yaxud saxtakarlıq
cəhdləri;
- yerindən və vaxtından asılı olmayaraq qadağan olunmuş maddələr və üsullara yiyələnmək;
- qadağan olunmuş istənilən maddələrin və yaxud qadağan edilmiş üsulların yayılması;
- idmançıya qadağan edilən istənilən üsul və maddələrin təyini, yaxud təyin etmək cəhdi və yaxud köməklik, təhrikçilik, yardım etmək, gizlətmək və istənilən digər anti-dopinq qaydalarının pozulmasında iştirakçı olmaq və ya pozulmasına cəhd göstərmək.

3. Dopinqin qəbul edilməsini təsdiq edən sübutlar.

3.1. Anti-dopinq qaydalarının pozulmasını sübut edən meyarlar:
- anti-dopinq qaydalarına riayət olunmayan şərtləri sübut edən dəlillərin əsaslandırılması və təqdim edilməsinin zəruriliyi AADT-ya həvalə olunur. İrəli sürülən təqsirləndirilmənin ciddiliyini nəzərə alaraq, tələb edən təşkilatın qəbul etdiyi tələblərin yerinə yetirilməsinin AADT tərəfindən aşkar edilməsi sübutların əsas meyarıdır.
Bu sübut meyarı bütün hallarda sadə ehtimal balansından daha güclüdür, şübhə doğurmayan sübutdan isə daha az gücə malikdir.
Kodeks idmançını yaxud digər şəxsi tələbləri yerinə yetirməməkdə təqsirli biləndə gümanları, müəyyən fakt və şayiələri inkar etmək üçün sadə ehtimal balansı sübutun meyarı olacaqdır.
3.2. Anti-dopinq qaydalarının pozulması faktlarını təyin edən metodlar və təqsirsizlik prezumsiyaları:
Dopinqə nəzarət tələblərinin yerinə yetirilməməsi faktları etiraf daxil olmaqla istənilən etibarlı vasitə ilə müəyyən edilə bilər.
3.3. Anti-dopinq qaydalarının pozulması haqda sübutların təqdim edilmə meyarları:
Dopinq məsələlərində anti-dopinq qaydalarının pozulması zamanı sübutların təqdim edilməsi üçün aşağıdakı meyarlar tətbiq ediləcəkdir:
- ÜADA tərəfindən qeydiyyatdan keçirilmiş laboratoriyalara beynəlxalq standartlara uyğun laboratoriya analizləri üçün nümunələrin təhlilinin aparılmasına səlahiyyət verilir.
- idmançı testləşdirmə və laboratoriya tədqiqatında beynəlxalq standartlardan yayınma hallarını aşkar edərsə, mövcud səlahiyyətləri tanınmaqdan imtina edə bilər.
- əgər idmançı yuxarıda qeyd olunan səlahiyyətləri qəbul etməkdən imtina edir və beynəlxalq standartlara riayət olunmadığını bildirirsə, bu zaman riayət olunmayan faktların analizin xoşagəlməz nəticəsinə səbəb olmasını əsaslandırmaq AADT-ya həvələ olunur.
- testləşdirmə zamanı beynəlxalq standartlara riayət edilməməsi əgər arzuolunmaz analitik nəticələrə, yaxud anti-dopinq qaydalarının pozulmasına gətirib çıxarmırsa mövcud nəticə ləğv edilmir.
- əgər idmançı testləşdirmə zamanı beynəlxalq standartlara əməl olunmadığını aşkarlayırsa, bu faktorun xoşagəlməz analitik nəticəyə, yaxud tələblərin yerinə yetirilməməsinin faktiki əsasına gətirib çıxarmasını əsaslandırmaq AADT-ya həvalə olunur.

4. İdmanda qadağan olunmuş dopinq maddələrinin
(substansiyaların) və vasitələrinin siyahısı

İdmanda istifadəsi qadağan olunmuş maddələrin siyahısının nəşri və ona yenidən baxılması ÜADA-nın imtiyazındadır. Siyahıya hər il yenidən baxılır. ÜADA zəruri olduğu halda ildə bir dəfədən gec olmamaq şərti ilə siyahını nəşr etməyə borcludur. Qadağan olunmuş siyahı beynəlxalq standart kimi Ümumdünya Anti-dopinq Kodeksinin ayrılmaz hissəsidir. Qadağan olunmuş siyahının hər il üçün versiyası və ona edilmiş dəyişikliklər Kodeksi imzalayan tərəflər tərəfindən vaxtlı – vaxtında ÜADA–ya təqdim edilir və ÜADA–nın veb saytında yerləşdirilir. Siyahını imzalayan hər bir tərəf qadağan olunmuş siyahını öz üzvlərinə və etibar etdikləri şəxslərə təqdim etmək üçün müvafiq addımlar atmalıdırlar.
Əgər siyahıda, yaxud dəyişikliklərdə ona qarşı çıxılmırsa o zaman siyahı yaxud ona edilmiş dəyişikliklər ÜADA-da da nəşrdən 3 ay sonra AADT-ya heç bir tələb irəli sürülmədən AADT-nın yurisdiksiyası (mühakiməsi) altında ərazidə qüvvəyə minir.
ÜADA-nın bu və ya digər maddəni (substansiyanı) yaxud metodu qadağan oedilmiş siyahıya daxil etməsi qərarı qətidir və idmançı yaxud digər şəxs tərəfindən müzakirə predmetinə çevirə bilməz.


5. İdmanda qadağan olmuş maddə və metodların terapevtik istifadəsi (Tİ).

5.1 Hazırkı əsasnamə vaxtaşırı edilmiş düzəliş və dəyişikliklərlə bərabər ÜADA tərəfindən qəbul edilmiş terapevtik istifadənin Beynəlxalq standartına uyğundur. İdman prosesinin bütün iştirakçıları və idman federasiyaları (ittifaqlar, assosiasiyalar) bu düzəlişləri qəbul etməlidirlər.
Tibbi göstəricilərinə görə qadağan olunmuş maddə və metodların istifadəsini tələb edən idmançılar terapevtik istifadə haqqında razılıq verilməsi üçün AADT-ya (milli səviyyədə) yaxud müvafiq Beynəlxalq federasiyaya (beynəlxalq səviyyədə) sorğu göndərməlidirlər.
Beynəlxalq səviyyəli idmançılar və beynəlxalq yarışlarda iştirak edən idmançılar Beynəlxalq federasiya tərəfindən əvvəlcədən aldığları razılıq əsasında terapevtik istifadənin (Tİ) hazırkı vaxta qədər fəaliyyətdə olması və bu barədə AADT-na məlumat verilməsi halı istisna olmaqla, AADT tərəfindən müvafiq Beynəlxalq federasiyanın tibbi komissiyasına (Tİ)-yə razılıq verilməsi üçün sorğu göndərirlər.
Beynəlxalq səviyyəli idmançı Beynəlxalq federasiyanın testdən keçmək üçün siyahısına daxil edilmədiyi təqdirdə AADT- na terapevtik istifadə (Tİ) üçün sifariş verir, terapevtik istifadə (Tİ) üzrə komissiya sifarişin Beynəlxalq federasiyaya təqdim edilməsi üçün qərar qəbul edir.
Azərbaycan Respublikasının ərazisində keçirilən yarışlarda iştirak edən idmançılar terapevtik istifadəyə (Tİ) razılıq almaq üçün AADT- na sorğu göndərməlidirlər.
5.2 Terapevtik istifadə üzrə komissiya.
AADT terapevtik istifadəyə razılıq verilməsi üçün komissiya yaradır (bundan sonra TİK) Komissiyanın üzvləri məxfiliyin qorulması və zidd maraqların olmamağı haqqında müqavilə imzalayırlar.
TİK-nın əsas vəzifəsi – sorğunu terapevtik istifadənin beynəlxalq standartlarına uyğun olaraq diqqətlə öyrənməkdən və bu sorğu ilə bağlı qərar qəbul etməkdən ibarətdir. TİK -nın çıxardığı qərara AADT-nin qərarı kimi baxılır.
5.3 Terapevtik istifadəyə (Tİ) razılıq verilməsi üçün sifariş.
(Tİ) – yə razılıq verilməsi üçün sifariş beynəlxalq standartlara ciddi surətdə uyğun olmalıdır. İdmançı sifarişdə TİK –nın üzvlərinə və əgər tələb olunursa digər müstəqil tibbi və elmi ekspertlərə və terapevtik istifadə (Tİ) üzrə verilmə, baxılma və apelyasiya üzrə proseslərə qoşulmuş digər əməkdaşlara istənilən zəruri məlumatların təqdim edilməsi haqqında yazılı sürətdə razılıq verir.
İdmançı eyni zamanda TİK- nın çıxardığı qərarın kodeksin müddəalarına uyğun olaraq digər anti-dopinq təşkilatlarına ötürülməsi haqqında, həmçinin məlumatların ÜADA- nın məlumat mərkəzinə verilə bilməsi haqda yazılı surətdə razılıq təqdim edir.
5.4 Terapevtik istifadənin (Tİ) qərarına yenidən baxılması.
ÜADA idmançının xahişi yaxud öz təşəbbüsü ilə terapevtik istifadəyə (Tİ) razılıq verilməsi və yaxud verilməməsi haqqında AADT-nın qərarına yenidən baxa bilər. Əgər ÜADA AADT tərəfindən çıxarılmış qərarın terapevtik istifadə (Tİ) üzrə beynəlxalq standartlara uyğun olmaması və hazırkı vaxtda fəaliyyətdə olmaması haqda qərara gələrsə AADT-nın qərarını dəyişdirə bilər, bu zaman qadağan olunmuş maddə və metodların terapevtik istifadəsinə (Tİ) verilmiş razılıq ləğv olunacaqdır.

6. Testdən keçirmə proseduru

6.1 Bu əsasnamə Kodeksin ayrılmaz hissəsi olan ÜADA tərəfindən vaxtaşırı qəbul edilmiş düzəliş və dəyişikliklərlə birlikdə testdən keçirilmənin qəbul edilmiş beynəlxalq standartlarına uyğundur.
İdman prosesinin bütün iştirakçıları və idman federasiyaları (ittifaqlar, assosiasiyalar) edilmiş dəyişikliklərlə razılaşmalı və onlara uyğun olaraq fəaliyyət göstərməlidirlər.
6.2 Anti-dopinq testləşdirilməsi hər il AADT tərəfindən hazırlanan yarış və yarışdankənar dopinq – nəzarət planına əsasən, eləcə də idman növləri üzrə federasiyaların əlavə nəzarət testləşdirilməsi sifarişinə əsasən keçirilir.
6.3 Yarışdankənar nəzarətə, yaxud yarış zamanı nəzarətə Azərbaycan Respublikasının yığma komandasının istənilən idmançısı, idman məktəblərinin tələbələri təlim – məşq toplanışlarında və yarışdankənar dövrlərdə məruz qala bilər.
6.4 Yarışdankənar dövrlərdə testləşdirmə aşağıdakı təşkilatlar tərəfindən təşkil edilə və keçirilə bilər.
- ÜADA;
- Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq və keçirilməsi ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya komitəsi (bundan sonra BPK);
- İdman növləri üzrə beynəlxalq və yaxud milli idman federasiyaları;
- AADT, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsi.
- İdmançının cari vaxta olduğu ölkənin Milli Anti-dopinq Təşkilatı.
6.4 İdman yarışlarında testləşdirilmənin keçirilməsinə məsul olan AADT-nın əməkdaşı (bundan sonra AADT-nın əməkdaşı) yarışların keçirilməsi üzrə təşkilat komitəsinin, yaxud Baş Hakimlər Kollegiyasının (bundan sonra BHK) tərkibinə daxil olur.
6.6 BHK AADT ilə aparılmış danışıqlara əsasən idmançıların dopinq – nəzarət məntəqəsinə gəlməsinə məsul olan 1-3 hakim ayırmalıdır.
6.7 AADT-nın əməkdaşlarının ezamiyyəsi, iş üçün otaqların icarəsi, dopinq – nəzarəti üçün içkilərin təminatı, nəqliyyat və rabitə, yemək və yaşayış xərclərinin ödənilməsi təsis edilmiş qaydada respublika büdcəsinin vəsaitləri hesabına ödənilir.
6.8 Yarışın təşkilatçıları anti-dopinq nəzarətinin keçirilməsi üçün yuxarıda sadalanan şəraitin yaradılmasını təmin etməlidirlər.
6.9 Bakı şəhərindən kənarda keçirilən yarışlar və ya digər idman tədbirləri zamanı AADT-nın əməkdaşları mehmanxanada idmançıların yaşadıqları otaqlara kənar şəxslərin yerləşdirilməsinə yol vermədən özləri də ayrı otaqlarda yerləşirlər. Yarışın təşkilatçıları AADT-nın əməkdaşlarını mehmanxanada yerləşdirən zaman daha yüksək kateqoriyalı nömrədə anti-dopinq nəzarətinin keçirilməsi üçün ştab – məntəqə nəzərdə tutmalıdırlar (Əlavə 1).
6.10 Yarışın təşkilatçıları borcludurlar:
- əlavə 1-də göstərilmiş tələblərə uyğun olaraq dopinq - nəzarət briqadasının işləməsi üçün otaq hazırlamağa;
- dopinq - nəzarətin keçirilməsi və nümunələrin açılmasını təmin etməyə, oğurlanmasını və dəyişdirilməsini tamamilə istisna edərək qorunmasını təmin etməyə, zəruri olduğu halda ictimai asayiş orqanları nümayəndələri ilə otağın qorunmasını təşkil etməyə;
- nəzarət məntəqəsində yubanmış AADT-nın əməkdaşlarını və idmançıları mehmanxanaya aparmaq üçün nəqliyyat vasitələri ilə təmin etməyə;
- AADT-nın əməkdaşlarını idmançıların soyunub – geyinmə otaqları və yarış yerləri (finiş, stadion, rinq, meydança) daxil olmaqla “Bütün ərazilərə giriş” sözləri yazılmış icazə vərəqələri, həmçinin dopinq – nəzarət məntəqəsinə yaxın olan dayanacaq göstərilmə ilə nəqliyyat vasitələrinə icazə vərəqələri ilə təmin etməlidirlər.
6.11 Yarışların təşkilatçıları hazırkı əsasnaməyə və idman növləri üzrə beynəlxalq, həmçinin milli federasiyalar tərəfindən təsis olunmuş reqlamentə uyğun olaraq dopinq nəzarətinin keçirilməsi üçün şəraitin yaradılmasına şəxsən məsuliyyət daşıyırlar.

7. Dopinq – nəzarətin keçirilməsi proseduru

7.1 İdmanda qadağan olunmuş maddə və metodlardan idmançının orqanizmində mümkün olan tərkibini müəyyənləşdirmək üçün testləşdirmədən Azərbaycan Respublikasının yığma komandalarının, idman təşkilatlarının, klublarının, cəmiyyətlərinin üzvləri, idman məktəblərinin (UGİM ,YİUM, Olimpiya Liseyləri) tələbləri keçməlidirlər.
7.2 Dopinq – nəzarət proseduru aşağıdakı mərhələlərdən ibarətdir:
- İdmançılardan bio – nümunələrin (A və B) götürülməsi;
- Bio – nümunələrin sonrakı tədqiqat üçün laboratoriyaya göndərilməsi;
- Analiz üzrə (A nümunəsi) nəticənin rəsmiləşdirilməsi;
- Alınmış testin nəticəsinin analizi;
- B nümunəsinin nəzarət – tədqiqatının aparılması;
- Qanunu pozana sanksiya tətbiq edilməsi;
7.3 AADT–nın və federasiyaların nümayəndələri idmançıları, məşqçiləri, həkimləri və komandaların rəhbərlərini dopinq – nəzarət proseduru ilə tanış etməyə və onun yerinə yetirilməsini tələb etməyə borcludurlar.
7.4 ÜADA –nın qaydalarına uyğun olaraq idmançıdan sidik və qanın nümunə kimi götürülməsi bütün aseptika və antiseptika qaydalarına riayət olunmaqla həyata keçirilir.
7.5 Yarışlarda dopinq nəzarəti ÜADA – nın qaydalarına və reqlamentinə uyğun olan bir reqlament növü üzrə keçirilir.




8. Dopinq nəzarətinin klassik reqlamenti

8.1 Zəruri anti-dopinq yoxlanışına mükafatçılar, (onların sayı federasiya tərəfindən təyin edilir) həmçinin püşkatma nəticəsində müəyyən edilən idmançılar cəlb edilirlər. Komanda yarışlarında (iştirakçıların sayından asılı olaraq) hər komandadan və püşkatmaya əsasən seçilən komandadan ilk üç yeri tutan 1-2 idmançı test müayinəsinə cəlb olunur (əlavə 2). İdmançı yarış müddətində bir neçə dəfə testdən keçirilə bilər. Bu zaman onun yarışlarda iştirakına olan bütün maraqlar maksimum dərəcədə nəzərə alınır.
8.2 Komanda nümayəndələrinin, BHK-nın, yarışların təşkilatçılarının yarış qabağı texniki iclasında BHK yaxud Beynəlxalq İdman federasiyasının nümayəndəsi tərəfindən edilən dəyişikliklər istisna olmaqla yarış müddətində dəyişilməyən reqlament növünün seçilməsi elan edilir.
8.3 BHK – nın qərarına əsasən AADT – nın əməkdaşları öz hərəkətləri, zahiri görkəmi və qeyri – müəyyən reaksiyası ilə şübhə doğuran idmançıları dopinq üzrə testləşmədən keçirirlər.
Təlim-məşq toplanışlarında şəraitə uyğun nəzarət reqlamenti tətbiq oluna bilər, reqlamentin keçirilməsi üçün dopinq qaydaları isə məxfi saxlanılmalıdır.
8.4. İdmançıların püşkatmaya əsasən dopinq nəzarətinə seçilməsi federasiyanın nümayəndəsinin iştirakı ilə AADT-nın əməkdaşları tərəfindən həyata keçirilir.
Püşkatmanın nəticəsi xüsusi protokolda qeyd edilir və yarışların sonuna qədər (idman proqramlarının, finişin, oyunların qurtarması) açıqlanmır.
8.5. Dopinq-nəzarəti üçün seçilmiş idmançıya yarışlar qurtarandan dərhal sonra ondan nümunənin götürülmə yeri və vaxtı göstərilmiş bildiriş təqdim edilir.
İdmançı bu haqda xəbərdar olduğunu təsdiq etmək üçün bildirişə qol çəkməlidir. İdmançı ona bildirişin təqdim olunmasından sonra bir saatdan gec olmayaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dopinq-nəzarət məntəqəsinə gəlməlidir.
8.6. İdmançının göstərilmiş vaxtda dopinq məntəqəsinə gəlməməsi, yaxud antidopinq nəzarətindən keçməkdən imtina etməsi idmançının dopinq preparatlarını qəbul etməsi faktı kimi qiymətləndirilir və idmançıya müvafiq sanksiyalar tətbiq edilir. Göstərilmiş faktlar məntəqənin rəhbəri tərəfindən imzalanan protokola köçürülür və dərhal BHK-na və federasiyanın nümayəndəsinə verilir.
8.7. İdmançıya kodeksin müddəalarına uyğun olaraq aşağıdakı pozuntulara görə sanksiya tətbiq edilir.
- idmançının təyin edilmiş vaxtda məcburi surətdə dopinq nəzarətə gəlməsi haqda bildirişi imzalamaqdan imtina etməsi;
- idmançının üzrlü səbəb olmadan dopinq nəzarət məntəqəsinə gecikməsi;
- qadağan olunmuş dopinq vasitə və metodlarından istifadə və ya istifadəyə cəhd göstərməsi;
- nümunənin əvəzlənməsi və dəyişdirilməsi;
- dopinq nəzarətin bütün sferalarında saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd göstərməsi.
8.8. Dopinq nəzarət məntəqəsində idmançıdan və onu müşayiət edən şəxsdən əlavə aşağıda göstərilən şəxslər ola bilərlər;
- AADT-nın əməkdaşı (dopinq nəzarətinin zabiti bundan sonra DNZ)
- Dopinq məntəqəsinin əməkdaşı (dopinq nəzarətindən keçməyin zəruriliyi haqda idmançıya bildiriş veriləndən sonra onu müşayiət edən şəxs).
- müvafiq idman federasiyasının və beynəlxalq federasiyanın nümayəndələri;
- həkim yaxud idmançının (komandanın) nümayəndəsi.
8.9. Dopinq-nəzarət məntəqəsi örtülü yerdə yerləşir.
İdmançını müşayiət edən şəxslərin nümunələrin götürüldüyü yerdə olmaları qadağan olunur.
8.10. Nümunələrin götürülməsinin aşağıdakı qaydaları təsis olunur:
İdmançı dopinq məntəqəyə gələn zaman dopinq məntəqəsinin rəhbəri idmançını və onu müşayiət edən şəxsi nümunələrin seçilməsi proseduru ilə tanış edir, bundan sonra idmançı prosedura ilə tanış olması haqda nümunələrin seçilməsi protokolunu imzalayır. Daha sonra idmançı nümunələrin seçilməsi üçün bir neçə bağlamadan içərisində 2 flakon və 1 sidik qəbuledici olan bağlamanı götürür.
Dopinq məntəqəsinin əməkdaşının nəzarəti altında sidikqəbulediciyə 75 ml-dən az olmamaqla sidik (bəzi hallarda beynəlxalq federasiyanın qaydaları ilə məsələn boksda – 100 ml) eritropoetinin müəyyən olunması üçün – 110 ml sidik götürülməlidir.
İdmançıya geydirilən paltar sidiyin ixracına nəzarətə mane olmamalıdır. Sonra idmançı sidik dolu qabla həkimin otağına qayıtmalıdır.
İdmançı özü sidikqəbuledicidən iki flakona bərabər miqdarda sidik töküb ağzını möhkəm bağlayır. Sidikqəbuledicidəki sidiyin qalıqları əsasında sıxlığı və turşuluğu (PH) müəyyən edilir.
Bununla bərabər PH sidikdə 5.0-dan az, 7.0-dan çox olmalıdır. Onun xüsusi çəkisi 1.010-dan az olmamalıdır. Bütün bu məlumatlar dopinq-nəzarət protokoluna (formulyar blank) köçürülür.
Dopinq məntəqəsinin rəhbəri hər iki flakonun (A və B nümunəsi) sıx bağlandığına əmin olduqdan sonra onları kip presləyir və idmançı tərəfindən seçilmiş kod nömrə ilə markalayır.
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlarda nümunələrin seçilməsi bağlamalardan və AADT və Beynəlxalq İdman Federasiyaları tərəfindən təsdiq olunmuş sənədlərdən istifadə etməklə həyata keçirilir.
Dopinq məntəqəsinin rəhbəri idmançının və onu müşayiət edən şəxsin bio-nümunələrin göndərilməsi üçün flakonların və konteynerlərin möhürlənməsinə və markalanmasına əmin olmaları üçün imkan yaratmalıdır.
Dopinq məntəqəsinin rəhbəri protokolda kod nömrəni və idmançı tərəfindən son 3 gün ərzində qəbul edilmiş medikomentlərin siyahısını qeyd edir və idmançıya, onu müşayiət edən şəxsə flakonların kod nömrəsini göndəriləcək konteynerin kod nömrəsi ilə, həmçinin protokolda qeyd edilmiş nömrə ilə yoxlamağa imkan verir.
İdmançı nümunələrin götürülməsini və protokolun tərtibatının təsis edilmiş qaydalarının pozulmadan həyata keçirilməsini təsdiq etmək üçün protokolu imzalayır. Protokol həmçinin Antidopinq Komissiyasının (bundan sonra ADK) şöbəsinin nümayəndəsi və idmançını müşayiət edən şəxs tərəfindən imzalanır. Protokolun surəti idmançıya verilir.
Nümunələrin göndərilməsi üçün konteynerdə olan möhürlənmiş flakonlar xüsusi nəqliyyatla ÜADA tərəfindən akkreditə olunmuş, analizin mənşəyini araşdıran antidopinq laboratoriyasına göndərilir və imza altında təhvil verilir. Eyni zamanda flakonların kodu qeyd edilmiş protokollar antidopinq laboratoriyasına göndərilir.
Qeydiyyatdan keçmiş protokollar nümunələrin analiz nəticələri alınana qədər seyfdə qorunur, məlumatlar isə kompüterə köçürülür.
8.11 Nümunələrin fiziki-kimyəvi tədqiqatı ÜADA tərəfindən akkreditə olunmuş antidopinq laboratoriyaları üçün beynəlxalq standartlara uyğun istənilən laboratoriyada aparılır.
8.12 Analiz, bir qayda olaraq nümunələrin götürülməsindən sonra 72 saat ərzində, beynəlxalq yarışlarda isə 48 saat müddətində aparılmalıdır. Ayrı-ayrı hallarda analizlər bir qədər gec, lakin 5 gündən gec olmayaraq yoxlanıla bilər.
8.13 Analizin müsbət nəticəsi haqda dərhal (gün ərzində) ÜADA-nın direktoruna və müvafiq federasiyanın (ittifaqın, assosiasiyanın) baş katibinə məlumat verilir.
8.14 A nümunəsinin nəticəsi müsbət olduğu təqdirdə federasiya aşağıdakılar barədə idmançını dərhal məlumatlandırmalıdır.
- Nəticənin müsbət olması haqda;
- İdmançının B nümunəsinin analizinin keçirilməsi üçün təcili sorğu vermək hüququ olması haqda, (İdmançı xəbərdarlıq edildikdən sonra 7 gün ərzində sorğu olmadığı təqdirdə federasiya B nümunəsinin keçirilməsindən imtina edilməsi haqda yazılı surətdə bildirir ki, bu da nəticənin müsbət hesab edilməsinin əsasını təşkil edir).
- əgər analizin keçirilməsi üçün sorğu verilibsə idmançının, yaxud onun nümayəndəsinin B nümunəsinin analizinin alınmasında iştirak etmək hüququna milik olması haqda;
- İdmançının antidopinq laboratoriyaları üçün beynəlxalq standartlar səviyyəsində nəzərdə tutulmuş A və B nümunələrinin analizlərinin sənədlərinin surətinin ona təqdim olunması haqda sorğu vermək hüququna milik olması haqda;
8.15 A nümunəsinin analizlərinin nəticəsi haqda məlumatın yayılmasına icazə verilmir. Əgər B nümunəsinin nəticəsi A nümunəsinin analizinin nəticəsini təsdiq etmirsə - analizin nəticəsi mənfi hesab olunur (ÜADA-nın rəsmi sənədlərində “müsbət analitik nəticə” terminindən istifadə olunur.)
8.16 Federasiya analizin müsbət nəticəsi alınandan sonra yoxlama aparmalıdır və dərhal yoxlamanın nəticəsi haqqında idmançını məlumatlandırmalıdır.
8.17 A nümunəsinin nəticəsində qadağan olunmuş maddə və onun metobolitlərinin olmasını təsdiq edən məlumat alındıqdan sonra sanksiyanın tətbiq edilməsi haqqında qərar çıxarılana qədər idmançı yarışlarda iştirakdan uzaqlaşdırılır.
8.18 İdmançıdan B nümunəsinin keçirilməsi üçün sorğu alınandan sonra 7 gündən gec olmayaraq yoxlama tədqiqat aparılır. 3 nəfərdən ibarət komissiyanın iştirakı ilə B nümunəsinə baxış və açılması həyata keçirilir və bu haqda müvafiq akt tərtib olunur. İdmançının, idman təşkilatının nümayəndəsinin iştirak etməməsi yoxlama tətqiqatın keçirilməsi üçün maneə hesab edilmir. Yoxlama tədqiqatının xülasəsi 48 saatdan gec olmayaraq AADT-nın direktoruna və idman növü üzrə müvafiq federasiyanın baş katibinə göndərilir.
B nümunəsinin yoxlama tətqiqatının nəticəsi sonuncu hesab olunur və ona yenidən baxılmır.

9. Antidopinq qaydalarının pozulması zamanı sanksiyaların tətbiqi

9.1 Nümunələri hər il ÜADA tərəfindən təsdiq edilən qadağan olunmuş siyahının preparatlarının tərkibini göstərən, yaxud qadağan olunmuş mexaniki manipulyasiyanın keçirilməsinin izləri (sidiyin dəyişdirilməsi, kateter salma) olan idmançı dopinqdən istifadədə təqsirli hesab edilir.
Bu idmançıya müvafiq federasiya tərəfindən hazırkı əsasnamənin 9.2 bəndində göstərilən və ümumdünya antidopinq kodeksinə uyğun olaraq sanksiyalar tətbiq edilir.
Bununla yanaşı idman növləri üzrə federasiyalar 12 həftə ərzində qərar qəbul etməyə və bu barədə AADT-nın direktoruna məlumat verməyə borcludurlar (müvafiq beynəlxalq federasiyanın fəaliyyətində olan qaydalarına və ümumdünya antidopinq kodeksinin tələblərinə əsasən).
9.2 İdmançı aşağıdakılara görə yarışlardan kənarlaşdırılır:
- idmançıdan götürülmüş bio-nümunələrdə qadağan olunmuş substansiyalar, metabolitlər və ya markerlər aşkarlandıqda;
- idmançı nümunələrin verilməsi haqda xəbərdarlıq edildikdən sonra üzürlü səbəb olmadan nümunələri verməkdən imtina edirsə, həmçinin nümunələri verməkdən yayınırsa;
- dopinq-nəzarətin bütün sahələrində saxtalaşdırmaya və saxtalaşdırmaya çəhdə görə (nümunənin dəyişdirilməsinə və cəhd etməyə görə, şəxsiyyətin dəyişdirilməsinə görə);
- ümumdünya antidopinq kodeksinə uyğun olaraq verilmiş razılığa əsasən terapevtik istifadə üçün substansiyalar istisna olmaqla idmançıda və ya idmançının personalında yarışdankənar dövrlərdə istənilən vaxt və istənilən zaman qadağan olunmuş substansiyalar və metodlar olduqda.
9.3 Yarışdan kənarlaşdırma müddətləri:
- Birinci qayda pozuntusuna görə - iki il
- İkinci qayda pozuntusuna görə ömürlük
9.3.1 ÜADA-nın qadağan olunmuş siyahısında qəbulu kütləviliyinə görə qərəzli hesab edilməyən və ya idman nəticələrinə təsir imkanlarına görə şübhəli sayılan xüsusi substansiyalar qəsdən göstərilir. Əgər idmançının belə substansiyanı öz nəticələrini yaxşılaşdırması üçün içməsi təsdiq edilməsə bu zaman yarışdan kənarlaşdırma aşağıdakılarla dəyişdirilir:
- I qayda pozuntusuna görə - ən azı xəbərdarlıq, maksimum – 1 il kənarlaşdırma;
- II qayda pozuntusuna görə - 2 il kənarlaşdırma;
- III qayda pozuntusuna görə - ömürlük kənarlaşdırma.
9.3.2. İstənilən qadağan olunmuş substansiya və ya metodun yayılmasına, idmançıya istənilən qadağan olunmuş substansiya və ya metodu təyin etməyə və ya təyin etməyə cəhdə görə 4 ildən – ömürlük müddətə qədər yarışlardan kənarlaşdırma təyin olunur.
Gənclər tərəfindən antidopinq qaydalarının pozulmasına daha ciddi baxılmalıdır. Əgər bu qayda pozuntusu idmançının personalının günahı ücbatından baş verirsə və bu qayda pozuntusunun araşdırılması prosesində onun kodeksin 9.4 maddəsində göstərilmiş fəaliyyətlə uzlaşması təsdiq edilərsə, bu zaman idmançının personalı ömürlük kənarlaşdırılır.
9.6 İdmançının yeri haqqında məlumatın verilməməsi və növbəti testlərdə iştirakın buraxılması üçün kənarlaşdırma müddəti:
I qayda pozuntusuna görə - ən azı 3 ay, ən çoxu 3 il kənarlaşdırılır;
II qayda pozuntusuna görə kənarlaşdırma müddəti 2 ildir.
9.7. Hər bir idmançıya kənarlaşdırma qüvvəyə minənə qədər kənarlaşdırma müddətinin qısaldılması və ya ləğv edilməsi üçün əsaslandırma təqdim etmək imkanı verilməlidir. Əgər idmançı ondan götürülən nümunələrdə qadağan olunmuş substansiyaların, onların metabolitlərinin və ya qadağan olunmuş maddələrin aşkar edildiyi halda öz təqsirsizliyini və ya səhlənkarlığını sübut edərsə, bu qayda pozuntuları üçün nəzərdə tutulmuş kənarlaşdırma müddəti dəyişdirilə bilər.
9.8. İdmançıdan götürülən nümunədə qadağan olunmuş substansiya və ya onun metabolitinin olmasına görə, qadağan olunmuş substansiya və metoddan istifadə və istifadə etməyə cəhdə görə, nümunəni verməməyə və ya verməkdən imtina etməyə görə, idmançıya istənilən qadağan olunmuş substansiyanı təyin etməyə və ya təyin etməyə cəhdə görə yarışlardan kənarlaşdırma müddəti əgər bu qayda pozuntularının onun cüzi günahı və ya səhlənkarlığı ucbatından baş verməsi təsdiqlənərsə azaldıla bilər. Bu halda yarışdan kənarlaşdırma müddəti kodeksdə nəzərdə tutulmuş minimal müddətdən 2 dəfə çox olmamaqla azaldıla bilər.
9.9. Əgər AADT dopinq qəbulu hallarını (idmançının personalının qadağan olunmuş maddələrə malik olması, istənilən qadağan olunmuş substansiya və ya metodun yayılması, idmançıya qadağan olunmuş maddə və metodu təyin etmə) üzə çıxarmaq üçün idmançı tərəfindən kömək aldığı təqdirdə, idmançı üçün yarışlardan kənarlaşdırma müddəti azaldıla bilər. Bu halda yarışlardan kənarlaşdırma müddəti 2 dəfədən çox olmayaraq azaldılmalıdır. Əgər qayda pozuntularına görə nəzərdə tutulmuş yarışlardan kənarlaşdırma müddəti ömürlükdürsə bu zaman azaldılmış müddət 8 ildən az ola bilməz.
9.10. Yarışlardan kənarlaşdırma müddəti müvafiq federasiyanın təsdiq etdiyi qərarın tarixindən hesablanır.
9.11. Yarışlarda estafet tərkibində çoxyerli heyətdə (akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə, yelkən idmanı) çıxış edən idmançı tərəfindən antidopinq qaydaları pozulduğu təqdirdə sonuncu yarışlardan kənarlaşdırılır və komandanın nəticəsi ləğv olunur. İdman oyunlarında idmançı tərəfindən antidopinq qaydaları pozularsa o, yarışdan kənarlaşdırılır, komandaya isə dopinq qəbulu faktı qeydə alındığı oyunda texniki məğlubiyyət hesablanır.
9.12. Mükafata layiq yer tutmuş və yarışlardan dopinq qəbuluna görə kənarlaşdırılan idmançılar medalları, diplomları, fəxri fərmanları, pul mükafatlarını müvafiq federasiyaya qaytarmalıdırlar. İdman nəticəsi də ləğv olunur.
9.13. İdmançılar tərəfindən dopinq qəbulunun aşkarlanmış hər bir halı üçün sanksiyaların tətbiqi haqqında idman növü üzrə müvafiq federasiya yığma komanda üzvlərini, cəmiyyətləri, müvafiq idman təşkilatlarını məlumatlandırır.
9.14. Yarışdan kənarlaşdırılmış idmançı kənarlaşdırma müddətində yarışlarda iştirak edə bilməz. Həmçinin o, məşqçi və ya digər rəsmi şəxs kimi komandanın tərkibinə daxil ola bilməz.
9.15. Əvvəllər qadağan olunmuş formokoloji vasitə və ya metodların qəbuluna görə cəzalandırılmış idmançı istənilən vaxt və xəbərdarlıq edilmədən əlavə dopinq-nəzarətə cəlb oluna bilər.
9.16. İdmançı tibbi göstəricilərinə görə anabolik steroidlərdən istifadə etdiyi təqdirdə bu preparatlarla müalicə başa çatana qədər 6 ay müddətində yarışlarda iştirakdan azad edilməlidir.
9.17. Komandalı idman növlərində dopinqdən istifadənin aqibəti:
Komandalı idman növlərində komandanın bir üzvü istənilən yarış zamanı antidopinq qaydalarının mümkün pozuntuları haqda məlumatlandırılıbsa, komanda bütünlüklə testdən keçməyə cəlb edilir. İdman yarışı zamanı yığma komandanın üzvləri tərəfindən birdən çox antidopinq qaydasının pozulması halı aşkar edilmişsə, bu zaman komanda yarışdan kənarlaşdırıla və ya digər inzibati cəza tədbirinə məruz qala bilər. Komandalı idman növləri olmayan, lakin mükafat komandaya verilən idman növlərində antidopinq qaydaları pozulduğu təqdirdə yarışdan kənarlaşdırma və digər inzibati cəza tədbirləri müvafiq beynəlxalq federasiya tərəfindən qeyd edilmiş qaydalara uyğun olaraq verilir.
9.18. Bu əsasnaməni yerinə yetirməyən və ya pozan idman növləri üzrə milli federasiyalara (ittifaqlar, assosiasiyalar), maliyyə və digər dəstəklər tamamilə və ya qismən dayandırıla bilər.
9.19. İdmançının müvəqqəti azad olunma və yarışlardan kənarlaşdırılması müddəti başa çatdıqdan sonra onun idmana qayıtması üçün şərt yarışdan kənar dövrdə testdən keçmək üçün hazır olmasıdır. AADT-nın sorğusuna əsasən idmançı vaxtaşırı öz yeri barədə dəqiq məlumat verməlidir.
Əgər idmançı yarışdan kənarlaşdırma müddətində idman karyerasını başa vurmağa və yarışdan kənar dövrdə testlərdən çıxmağa qərar verirsə, o bu barədə AADT məlumatlandırmayana qədər idmana qayıda bilməz. Bu müddətdə isə AADT yarışdan kənar dövrdə idmançını testdən uzaqlaşdığı vaxtdan qaldığı testlərdən keçirməlidir.

10. Apelyasiya

10.1. Ümumdünya Antidopinq kodeksinə uyğun olaraq qəbul edilən qərarlardan apelyasiya verilə bilər.
10.2. Apelyasiya – idmançının yarışlardan kənarlaşdırma qərarından şikayət prosedurudur.
10.3. Apelyasiya verilir:
- antidopinq qaydalarının pozuntuları haqda qərardan;
- sanksiyaların çıxarılması haqda qərardan;
- qayda pozuntusu olmaması haqda qərardan;
- terapevtik istifadə üzrə komissiyanın hər hansı bir işi aparması üçün kifayət qədər
səlahiyyətlərə malik olmaması haqda qərardan;
- müvəqqəti uzaqlaşdırma haqda qərardan;
- yarışdan kənarlaşdırma müddətindən;
Apelyasiyaya baxan orqan əksinə qərar vermirsə, apelyasiyalara baxılan zaman qərarlar öz qüvvəsində qalır.
10.4. Əgər milli səviyyəli idmançının işinin dinlənilməsi, bu prosedura üçün ayrılmış 3 aydan çox çəkərsə, Beynəlxalq Federasiya işi bilavasitə baxılmaq üçün Apelyasiya Dopinq Tribunalına verə bilər.
10.5. ADK səlahiyyətli şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxmaq kompetensiyasına malik olan 3 hakimdən ibarət xüsusi komissiyadır.
10.6. ADK-nın qərarlarından şikayət Gənclər və İdman Nazirliyinə və ya Beynəlxalq İdman Arbitrajına apelyasiya verməklə mümkündür.
10.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində apelyasiya şikayətinə baxmaq proseduru; (maddə 9.5-lə bağlamaq)
Gənclər və İdman Nazirliyinə apelyasiya şikayəti Antidopinq komissiyasının dinləmələrində qərar çıxarılmış gündən 30 gün ərzində verilir.
Apeliyasiya komissiyasında apelyasiya şikayətlərinə baxılması aşağıdakı qaydada aparılır:
- apelyasiya şikayəti daxil olandan 30 gün ərzində dinləmələrə başlamaq;
- apelyasiya şikayətinə baxılmasından ötən 15 gün ərzində çıxarılmış qərarın motivi də daxil olmaqla yazılı qərar göndərmək;
10.8. Beynəlxalq İdman Arbitrajında (bundan sonra – BİA) apelyasiya şikayətlərinə baxılması, BİA-nın xüsusi səlahiyyətində olan aşağıdakıların qəbulu zamanı mümkündür:
- beynəlxalq səviyyəli idmançılara və beynəlxalq idman yarışlarına aid olan qərarlar;
- idmanda qadağan olunmuş maddə və metodların terapevtik istifadəsinə hüquq verilməsi və ya imtina edilməsi haqda AADT-nın qərarı:
- təşkilatların aqibəti haqda qərar, hansı ki, bunun əsasında qərar (qəbul edilmiş reqlamentə uyğun şikayət edilir)çıxarılır;
- ÜADA-nın laboratoriyalarının fəaliyyətinin dayandırılması və ya akkreditasiyadan məhrum edilməsi haqda qərarı;
- təşkilatlara münasibətdə çıxarılmış qərarlar, hansı ki, bu münasibətdə ümumdünya Antidopinq Kodeksinin üçüncü hissəsi üzrə sanksiyalar çıxarılır (tərəflərin rolu və məsuliyyəti)..
BİA-nın qərarları qətidir və sonradan şikayətə məruz qalmır.
10.9. Dinləmələrdə beynəlxalq səviyyəli idmançıya münasibətdə qərar çıxarıldığı təqdirdə, aşağıdakı şəxslər apelyasiya şikayəti verə bilərlər.
- şikayət verilən qərarın subyekti olan idmançı və ya digər şəxs;
- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;
- qərar Olimpiya və ya paralimpiya ilə əlaqədar olduğu təqdirdə MOK və ya MPK;
- ÜADA;
10.10. Milli səviyyəli idmançıya aid qərardan şikayət verildiyi halda apelyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir.
- şikayət edilən qərarın subyekti olan idmançı və ya digər şəxs;
- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;
- ÜADA;
- AADT.
10.11. İdmançını və ya onun personalının idmandan və yarışlardan müvəqqəti uzaqlaşması səbəbindən apelyasiya şikayəti idmançı və ya haqqında müvəqqəti uzaqlaşdırma haqda qərar qəbul edilmiş şəxs tərəfindən verilir.
10.12. Apelyasiya proseduru məxfiliyə riayət olunması ilə keçirilir və işə baxılmanın vəziyyəti haqda beynəlxalq federasiyanı və ÜADA-nı məcburi məlumatlandırma ilə müşayiət olunur. Qərar və yazılı dəlillər ictimaiyyət üçün qiyməti sübuta çevrilir.
10.13. Əgər beynəlxalq federasiya beynəlxalq səviyyəli idmançının işi ilə bağlı dinləmələri ADK-da ayrılmış 3 ay ərzində başa çatmaması ilə bağlı öz komissiyasına və ya BİA-na keçirmək haqda qərar verirsə, bilinməlidir ki, BİA-na istənilən apelyasiya bu təşkilatın qaydalarına uyğun verilməlidir.
10.14. Antidopinq qaydalarının pozulmasında yaxalanmış idmançıların oxşar məlumatları B nümunəsinin analizinin müsbət nəticəsi alındıqdan sonra və ya “A” nümunəsinin nəticəsinə idmançının yazılı razılığı olduqdan sonra, rəsmi orqanların (federasiya, AADT, ADK, ÜADA da akkreditə olunmuş laboratoriyalar, milli antidopinq laboratoriyası - bundan sonra MADL) qərarları əsasında tam aydınlıq olduqda, hadisə haqda (dopinq nümunənin müsbət nəticəsi, yarışlardan uzaqlaşdırma, yarışdan kənarlaşdırma müddətlərinin müəyyən edilməsi) müvafiq qərar çıxarılandan 20 gündən gec olmayaraq açıqlana bilər.
Apelyasiyaya baxılmasının gedişatında antidopinq qaydalarının pozulması halları təsdiqlənməzsə, ADK gecikdirmədən idmançının və ya digər şəxsin cari statusu haqda maraqlı tərəflərə məlumat verməlidir.
10.15. Qadağan olunmuş formokoloji vasitələrin istifadəsinə səbəbkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilə bilərlər.
10.16. AADT-nın müvafiq şöbəsinin əməkdaşları və idmançılardan bio-nümunələrin götürülməsinə cəlb edilmiş şəxslər kod nömrələrini, nümunələrin nəticəsi haqda məlumatları sirr saxlamağa, nümunələrin götürülməsi proseduruna, qorunmasına, nəqliyyata, protokolların və müvafiq sənədlərin tərtibatına düzgün riayət olunmasına cavabdeh olmağa borcludurlar.
10.17. MADL -in vəzifəli şəxsləri AADT-nın əməkdaşları və ya nümayəndələri (kuryer) tərəfindən gətirilən nümunələri qəbul etməkdən imtina etmək hüququna, eləcə də nümunələrin götürülməsi üçün federasiyalar və digər idman təşkilatları ilə müqavilələr bağlamaq hüququna malik deyillər. Müqavilələr AADT-nın razılığı əsasında nümunələrin analizlərinin keçirilməsi və ya elmi-tədqiqatların aparılması üçün bağlana bilər.
MADL -ın əməkdaşları Azərbaycan Respublikasının ərazisində keçirilən bütün idman yarışlarında dopinq-nümunə götürmək, həmçinin yarışdan kənar dopinq-nəzarəti həyata keçirmək hüququna malik deyillər.
10.18. Antidopinq qaydalarının pozulmasından artıq səkkiz ildən çox vaxt keçərsə idmançıya və onun digər istənilən personalına qarşı bu qaydaların pozulması ilə bağlı heç bir hərəkət tətbiq edilə bilməz.
10.19. İdmanda qadağan olunmuş maddə və metodlardan terapevtik istifadəyə icazə verilməsi və ya verilməməsi haqda ÜADA-nın qərarından BİA-na yalnız idmançı və ya AADT tərəfindən apelyasiya şikayəti verilə bilər. AADT-dan başqa istənilən digər antidopinq təşkilatının ÜADA tərəfindən dəyişdirilməyən terapevtik istifadəni qadağan edən qərarından apelyasiya beynəlxalq səviyyəli idmançılar tərəfindən BİA-na, digər idmançılar tərəfindən isə səlahiyyətli milli strukturlara verilə bilər. Əgər milli struktur terapevtik istifadəyə icazə verilməməsi haqda qərarı dəyişirsə, bu zaman ÜADA belə qərar üçün BİA-na apelyasiya verə bilər.

Terminlər və təyinlər

Nəticənin ləğvi – Antidopinq qaydalarının pozulmasının aqibəti;
Antidopinq təşkilatı (ADT) – dopinq-nəzarət prosesinin istənilən sahəsində qaydaların hazırlanması və reallaşmasına məsul olan tərəf, əsas etibarilə öz yarışçları zamanı, testlərin keçirilməsinə cavabdeh, olan MOK, MPK digər böyük idman təşkilatları, ÜADA, beynəlxalq və milli federasiyalar və milli antidopinq təşkilatları.
Yarışdan kənar testləşmə - yarışdan kənar, yarış zamanı keçirilməyən dopinq nəzarət.
Müvəqqəti azad edilmə - antidopinq qaydalarının pozulmasının aqibəti.
Yarışdan kənarlaşdırma – antidopinq qaydalarının pozulmasının aqibəti.
Dopinq nəzarət - testlərin keçirilməsindən, nümunələrin yığılmasından və onlarla rəftardan, laboratoriya analizindən alınmış nəticələrin hazırlanmasından, dinləmələrdən və apelyasiyalardan ibarət olan prosesdir;
Qadağan olunmuş maddələr – qadağan olunmuş siyahıda belə göstərilmiş istənilən substansiya;
Qadağan olunmuş metod – qadağan olunmuş siyahıda belə göstərilmiş istənilən metod;
Qadağan olunmuş siyahı – oxşar tərkibli qadağan olunmuş maddə və metodların siyahısı;
Dopinq-nəzarət üzrə inspektor (zabit) – nümunələrin yığılmasına cavabdeh olan, xüsusi təlim keçmiş ADT tərəfindən təyin olunmuş rəsmi şəxs;
Istifadə - daxilə qəbul etmə, qadağan olunmuş substansiya və qadağan olunmuş metodlara aid olan istənilən vasitə ilə inyeksiya etmə və qəbul etmə;
Kodeks - Ümumdünya Antidopinq Kodeksi;
Komandalı idman növləri - yarış zamanı iştirakçıların (oyunçuların) dəyişilməsinə icazə verilmiş idman növləri;
Marker – qadağan olunmuş substansiya və ya metodların tətbiqini sübuta yetirən bioloji parametrlər və ya qruplar komponenti;

Beynəlxalq idman hadisəsi – keçirilməsinə MOK, MPK, beynəlxalq federasiya, mühum idman hadisəsinin təşkilat komitəsi və ya digər beynəlxalq təşkilatın məsul olduğu və onların texniki personalının təyin olunduğu idman hadisəsi;
Beynəlxalq standart – kodeksin dəstəyi naminə ÜADA tərəfindən qəbul edilmiş standart. Beynəlxalq standarta uyğunluq (alternativə əks) hər hansı bir prosedurun lazımi səviyyədə keçirilməsini müəyyən etmək üçün vacib faktordur;
Metobolit – idmançıların orqanizmində maddələrin biotransformasiyası prosesində alınmış istənilən substansiya;
Nəzarətçi – Nəzarət proseduruna uyğun olaraq nümunə verən idmançıya nəzarət edən, nümunələrin götürülməsi ilə məşğul olan personalın üzvü;
Milli Antidopinq Təşkilatı – Öz ölkəsində antidopinq qaydalarının işlənib hazırlanması və qəbuluna, nümunələrin götürülməsinə, testlərin nəticələrinin hazırlanmasına, dinləmələrin keçirilməsinə (hər şey milli səviyyədə) səlahiyyətli olan struktur;
Milli idman hadisəsi – Beynəlxalq və milli səviyyəli idmançıların iştirakı ilə keçirilən idman hadisəsi (əgər bu beynəlxalq idman hadisəsi hesab edilmirsə);
Milli Olimpiya Komitəsi (MOK) – Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan təşkilat. MOK antidopinq tədbirlərinin keçirilməsi üzrə funksiyalar milli idman konfederasiyasına həvalə olunan ölkələrdə milli idman konfederasiyası rolunda da çıxış edir.
Analizin xoşagəlməz nəticəsi - testlərin keçirilməsinə səlahiyyətli olan akkreditə olunmuş antidopinq laboratoriyasının və ya digər antidopinq təşkilatından analiz edilən nümunədə qadağan olunmuş substansiyanın, onun metabolitinin və ya markerinin (yüksək dərəcəli endogen substansiyalar daxil olmaqla), eləcə də qadağan olunmuş metoddan istifadəni sübut edən məlumatların olması haqda xəbər.
Müstəqil müşahidə proqramı – Konkret idman hadisələrində dopinq-nəzarət prosedurunun yerinə yetirilməsini izləyən və öz müşahidələri haqda hesabat tərtib edən ÜADA-nın nəzarəti altında müşahidə qrupu. Əgər ÜADA yarış dövründə test keçirirsə, müşahidəçilər müstəqil təşkilatın nəzarəti altında olmalıdırlar.
Cüzi günah və səhlənkarlıq – Günah və səhlənkarlığın olmaması haqda bütün sərait və meyarlar nəzərə alınmaqla baxılmış günah və səhlənkarlığın antidopinq qaydalarının pozulmasında əhəmiyyətli hesab edilə bilməməsi haqda idmançı tərəfindən verilən məlumat.
Yetkinlik yaşına çatmayan – Yaşadığı ölkədə təsdiq olunmuş yetkinlik yaşına çatmamış istənilən şəxs.
Malik olma – real, fiziki və yaxud konstruktiv malik olma (əgər persona qadağan olunmuş maddə və metod üzərində eksklüziv nəzarətdədirsə və ya qadağan olunmuş maddə və metodun olduğu yerə girişi varsa). Əgər persona qadağan olunmuş substansiya və ya metod üzərində eksklüziv nəzarətə malik deyilsə və ya qadağan olunmuş substansiya və metodun olduğu yerə girişi yoxdursa konstruktiv malik olma o zaman mümkündür ki, persona qadağan olunmuş substansiya və metod haqqında bilirdi və ona yiyələnmək niyyətində idi.
Persona sadəcə qadağan olunmuş substansiya və metoda malik olaraq, istənilən tipli antidopinq qaydasının pozulması haqda bildiriş almaqdan öncə qadağan olunmuş substansiya və metoda malik olmaq niyyətində olmadığını göstərmək məqsədilə konkret hərəkət edir və malik olmaqdan imtina edirsə, bu antidopinq qaydalarının pozulması hesab edilmir.
Mühüm beynəlxalq idman yarışlarının təşkilat komitəsi – Bu termin Qitə, regional və digər beynəlxalq idman yarışlarının keçirilməsinə məsul olan Milli Olimpiya Komitəsinin Qitə Assosiasiyalarına və digər beynəlxalq idman təşkilatlarına aid edilir.
Günah və səhlənkarlığın olmaması – İdmançı tərəfindən qadağan olunmuş maddə və metoddan istifadə etməsi faktı barədə bilməməsi, bilmək və şübhələnmək imkanı olmaması faktının təsdiqlənməsi şəraitdir.
Personal – Fiziki şəxs, yaxud təşkilat və ya digər struktur.
İdmançının personalı – İdmançı ilə işləyən, onun hazırlanmasında iştirak edən və ya onu idman yarışlarında iştiraka hazırlayan istənilən məşqçi, menecer, agent, dövlət qulluqçusu, komanda ştatının üzvü, tibbi və ya para-tibbi personal.
İmzalayan tərəflər - Öz yarışları zamanı testlərin keçirilməsinə cavabdeh olan MOK, MPK və digər mühüm idman təşkilatları – ÜADA, beynəlxalq federasiyalar, antidopinq təşkilatları daxil olmaqla kodeksi imzalayan və orada göstərilmiş prinsip və qaydalara riayət etməyə razılaşan müxtəlif strukturlar.
Cəhd - pozmağa cəhd əsasında antidopinq qaydalarının pozulması bir şərtlə belə hesab edilməyə bilər ki, cəhdə cəlb edilməmiş üçüncü tərəfə bu barədə məlum olmamışdan qabaq cəhddə iştirakdan imtina edilsin.
Antidopinq qaydalarının pozulmasının aqibəti – idmançı və ya digər persona tərəfindən antidopinq qaydalarının pozulması aşağıda göstərilən aqibətlərdən biri və ya bir neçəsi ilə nəticələnə bilər:
a) Hər hansı bir yarışda və ya idman hadisəsində idmançının nəticəsinin bütün mükafat və hədiyyələr alınmaqla hesab edilməməsi, ləğv edilməsi;
b) Kodeksin 10.9 maddəsində nəzərdə tutulduğu kimi, idmançının və ya digər personanın müəyyən müddətə istənilən yarışlarda iştirakdan uzaqlaşdırılması, digər fəaliyyətdən və ona maliyyə dəstəyi göstərilməsindən azad edilməsi;
c) Dinləmələrdə son qərar çıxarılana qədər idmançının yarışlarda iştirakdan müvəqqəti uzaqlaşdırılması, azad edilməsi (Maddə 8)
İlkin dinləmələr – idmançıya şifahi və ya yazılı formada dinlənilmək imkanı verən, kodeksin 8-ci maddəsi üzrə dinlənilmələrdən əvvəl keçirilən, kodeksin 7.5 maddəsində nəzərdə tutulan təcili, qısaldılmış dinləmələr.
Tam cavabdehlik prinsipi – İdmançının nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi halda mümkündür. İdmançının qəsdən və ya bilməyərəkdən, səhlənkarlığa və nəzarətsizliyə görə qadağan olunmuş maddədən istifadə etməsindən asılı olmayaraq qayda pozuntusu baş verir.
Nümunə – dopinq-nəzarətin keçirilməsi məqsədilə toplanan istənilən bioloji material.
Sidiyin götürülməsi proseduru – İdmançıya xəbərdarlıqdan başlayan, onun nümunə verdikdən sonra dopinq-nəzarət məntəqəsindən getməsi ilə sona çatan hərəkətlərin ardıcıllığından ibarətdir.
Dopinq-nəzarət məntəqəsi – Dopinq-nəzarət prosedurunun aparıldığı yer.
Yayılma – idmançının tibbi və digər personalından heç kəsin cəlb olunmaması şərtilə leqal olaraq və tibbi məqsədlər üçün hallar istisna olmaqla qadağan olunmuş substansiyaların idmançıya bilavasitə və ya hissələrlə satışı, verilməsi, tətbiq edilməsi, nəqliyyat vasitəsilə çatdırılması və göndərilməsi;
Testdən keçmək üçün qeydiyyat – yarış və yarışdankənar dövrlərdə dopinq nəzarəti aparılan yüksək səviyyəli idmançıların siyahısı. Qeydiyyat Beynəlxalq Federasiya və milli antidopinq təşkilatları tərəfindən ayrıca tərtib olunur. Bütün beynəlxalq təşkilatlar idmançıların testdən keçmək üçün qeydiyyata alınmalarının dəqiq meyarlarını müəyyənləşdirmədirlər. Meyarlar müxtəlif ola bilər, məsələn, milli yığmaya üzvlük, reytinqə yenidən baxılması və s.
Müşayiətçi (ingilis dilli mənbələrdə - chaperon) – idmançının nümunə verməsi üçün seçilməsinə xəbərdarlıq edilməsi, idmançının dopinq-nəzarət məntəqəsində yoxlanılmasının müşahidəsi və nəzarəti və ya onun ixtisası imkan verirsə şahid qismində çıxış etmək kimi vəzifələr daxil olmaqla spesifik vəzifələri icra edən təlim görmüş və AADT tərəfindən təyin edilən rəsmi şəxs.
Yarış – fərdi qaçış, üzmə, yürüş, mate, oyun və ya atletikada fərdi hadisə. Məsələn – Olimpiya sprinterlərinin 100m. məsafəyə qaçışının finalı. Bir çox komplekt mükafatlar uğrunda keçirilən çoxmərhələli yürüş və qaçışlarda idman hadisəsi və idman yarışı arasındakı fərq müvafiq beynəlxalq federasiya tərəfindən qəbul olunmuş qaydalara uyğun təyin olunur.
Yarış testi – bu elə testdir ki, əgər beynəlxalq federasiyanın və ya digər antidopinq təşkilatının qaydalarında başqa cür nəzərdə tutulmayıbsa idmançı konkret yarışlarda iştirakla bağlı testin keçirilməsi üçün seçilir.
Qanın toplanması üzrə mütəxəssis – ixtisası idmançıdan qan nümunəsini götürməyə imkan verən ADT tərəfindən təyin olunan rəsmi şəxs.
İdman hadisəsi – bir təşkilat tərəfindən (məsələn, Olimpiya oyunları, FİFA-nın dünya çempionatları, paralimpiya oyunları) keçirilən müxtəlif yarışlar seriyası.
İdmançı – dopinq-nəzarət məqsədilə beynəlxalq (hər bir beynəlxalq federasiya tərəfindən təyin olunduğu kimi) və ya milli (hər bir milli federasiya tərəfindən təyin olunduğu kimi) səviyyədə, yaxud əgər milli antidopinq təşkilatı belə müəyyənləşdiribsə daha aşağı səviyyədə idmanla məşğul olan istənilən şəxs. Antidopinq üzrə informasiya və təhsil proqramları məqsədilə ümumdünya antidopinq kodeksini imzalayan istənilən tərəf və hökumətin, və ya kodeksi qəbul edən istənilən digər təşkilatın yurisdiksiyası altında idmanla məşğul olan istənilən şəxs.
Beynəlxalq səviyyəli idmançı – Bir və ya bir neçə beynəlxalq federasiyada testdən keçmək üçün qeydiyyata durmuş idmançı.
Tİ (ingilis dilli mənbələrdə TUE) – idmanda qadağan edilmiş maddə və metodların terapevtik istifadəsi.
Qabaqlayıcı nəzarət – idmançıya ilkin xəbərdarlıq edilmədən keçirilən və idmançı xəbərdarlıq edildiyi andan nümunə verənə qədər müşayiət olunan dopinq-nəzarət üzrə tədbir.
İştirakçı – istənilən idmançı və ya onun personalının nümayəndəsi.
Saxtalaşdırma – qanunsuz üsulla dəyişdirmə, qanunsuz təsir göstərmə, nəticələrin qəsdən dəyişdirilməsi və ya nəzərdə tutulmuş proseduraların keçirilməsinə maneçilik törətmə.
Məqsədli testləşmə - Xüsusi idmançıların və ya idmançı qrupunun təsadüfi olmayaraq xüsusi vaxtda seçilməsi.






Əlavə 1

Dopinq-nəzarət məntəqəsi üçün qaydalar

Dopinq məntəqəsi MOK-un tibb komissiyasının və beynəlxalq idman yarışlarının tələblərinə uyğun olaraq yerləşdirilməli və təchiz olunmalıdır.
Yerləşdiyi sahə: Açıq idman qurğularında bilavasitə finiş xəttinin yaxınlığında, qapalı idman qurğularında – arenaya çıxışın yaxınlığında və ya idmançıların paltardəyişmə bloklarında.
Dopinq-nəzarət məntəqəsi iki qonşu otaqdan ibarət olmalıdır:
a) 1 №-li otaq – idmançını gözləyən və testə çağırılması üçün otaq;
b) 2 №-li otaq – bio-nümunələrin toplanması və sənədlərin tərtibatı üçün otaq;
c) 3 №-li otaq – ayaqyolu və duş otağı.
Dopinq məntəqəsinin giriş qapısı möhürlənməli və üzərində rus dilində, beynəlxalq yarışlarda isə müvafiq federasiyanın rəy verdiyi dildə “Dopinq-nəzarət” yazılmış lövhə olmalıdır. Yarışların keçirildiyi yerdən dopinq-nəzarət məntəqəsinin yerləşdiyi sahəyə qədər işarələr asılmalıdır.

Dopinq məntəqəsi aşağıdakı avadanlıqlarla təchiz edilməlidir:
1№-li otaq
Sıra №-si Adı Say
1. Jurnal stolu 2
2. Kreslo 6
3. Stullar 4
4. Televizor 1
5. İçkilərin saxlanılması üçün soyuducu 1
6. Asılqan 1
7. Dəsmal 5
8. Güzgü 1
9. Elektrik razetkası 3
10. Zibil qabı 1
11. Otaq həcmində xalça döşəməsi 1
12. Elektrik sobası 1


2№-li otaq
Sıra №si Adı Say
1. Birgözlü stol 1
2. Bio-nümunələrin möhürlənməsi üçün stol 1
3. Stullar 6
4. Bio-nümunələrin saxlanılması üçün soyuducu 1
5. Dəmir zəncirli qıfıl 1
6. Seyf 1
7. Şkaf 1
8. Ventilyator ( kondisioner) 1
9. Telefon ( yerli, şəhər rabitəsi ilə) 1
10. Rakovina 1
11. Dəsmal 5
12. Elektrik razetkası və uzadıcı 3
13. Monitor( yarış yerindən canlı yayıma qoşulma) 1
14. Zibil qabı 1




3№-li otaq

Sıra№-si Adı Say
1. Unitaz
2. Duş kabinəsi
3. Güzgü
4. Rakovina 1
5. Dəsmal üçün asılqan 1
6. Dəsmal ( hər gün 2 dəfə dəyişmək) 6
7. Tualet kağızı və salfetkalar
8. Tualet sabunu
9. Zibil üçün əyləcli vedrə 1



















Əlavə 2


Dopinq nəzarətinin klassik reqlamenti

Klassik reqlament (ümumi) yarışlarda dopinq-nəzarətinin aşağıdakı qaydada keçirilməsini nəzərdə tutur:
1. Yüngül atletika, xizəkli sürüşmə, fiqurlu konkisürmə, konkisürmə idmanı, xizək ikinövçülüyü, bobsley, biatlon, tramplindən xizəklə sürüşmə, kirşə idmanı, dağ xizəyi idmanı, atıcılıq idmanı, müasir beşnövçülük, velosiped idmanı, qılıncoynatma, ağır atletika, üzgüçülük, suya tullanma idman növlərində 1,2,3-cü və ya 1-5-ci yerləri (atıcılıq idmanı) tutmuş, həmçinin püşkatmaya əsasən seçilmiş 1-2 idmançı ilə dopinq-nəzarət keçirilməsini;
Fiqurlu konkisürmədə (cütlük) 1 nəfər püşkə əsasən dopinq-nəzarətdən keçir.
Müasir beşnövçülükdə ilk 4 idmançı qılıncoynatmadan sonra və ilk 4 nəfər ümumi hesaba görə krosdan sonra dopinq nəzarətindən keçirlər. Lakin beynəlxalq yarışlarda bu idman növündə reqlament daha çətindir;
Hər idman növündən sonra hesaba daha çox xal yığmış idmançılar dopinq-nəzarətindən keçirlər.
Heyətli idman növlərində (kirşə, bobsley) dopinq-nəzarətindən keçməyə ya bütün heyət, ya da heyətin mükafata layiq yer tutmuş 1-2 idmançısı püşkə əsasən dəvət olunur.
2. İdman gimnastikasında dopinq-nəzarətindən keçirilmə məcburi proqram üzrə nəzərdə tutulur: 1-3-cü yeri tutmuş və ya seçilmiş alətlərdə 1-2-cü yerləri tutmuş 2 idmançı, (kişi və qadın) sonra isə püşkə əsasən seçilmiş proqramda sərbəst proqram üzrə idmançılar seçilirlər. Finalda da məcburi proqramda göstərilən prinsiplər nəzərdə tutulur.
3. Komandalı yarışlarda – dopinq-nəzarətdən keçmək üçün 1, 2, 3-cü yerləri tutmuş komandalardan püşkə əsasən idmançılar və ya püşkə əsasən seçilmiş komandalardan 1 - 2-ci yerləri tutmuş idmançılar dəvət olunur.
4. Oyun idman növləri – hər oynayan komandadan yarımfinal və finalda püşkə əsasən 1-2 idmançı dopinq-nəzarətdən keçməyə cəlb olunurlar.
5. Avarçəkmə və yelkən idmanı – 1-2-ci yerləri tutmuş heyət, həmçinin püşkə əsasən 1 heyət dopinq-nəzrətdən keçməlidir. Qeyd edilmiş heyətlərdə püşkə əsasən 1-2 idmançı seçilir. Çox yerli heyətlərdə mükafata layiq yer tutmuş 1-2 idmançı və püşkə əsasən 1-2 idmançı dopinq-nəzrətdən keçməlidirlər.
6. Güllə atıcılığı, müasir beşnövçülük (kamandan oxatma) idman növləri onunla fərqlənir ki, adi dopinq-nəzrətdən əlavə, 50% və ya bütün idmançılar içkiyə görə testdən keçməyə məruz qalırlar.
Antidopinq nəzarətinin keçirilmə reqlamenti öncədən federasiya nümayəndələri ilə, beynəlxalq yarışlarda isə beynəlxalq federasiya nümayəndələri ilə razılaşdırılır.


   Antidopinq_esasname.doc
Xəbər 4212 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
01.04.2020 Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru WADA-nın struktur orqanına üzv seçilib
25.12.2018 AMADA ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
01.02.2012 2 ay həbs və 3000 avro cərimə!
01.02.2012 Almaniyada dopinq qalmaqalı!
30.07.2011 İDMANDA DOPİNQƏ QARŞI MÜBARİZƏ HAQQINDA BEYNƏLXALQ KONVENSİYA
30.07.2011 DOPİNQ NƏZARƏTİNİN PROSEDURLARI


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru