Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bu monumental, amma qeyri-mental və total Hendrik Yoxannes Kroyf
Tarix: 21.06.2011 | Saat: 08:40:00 | E-mail | Çapa göndər
Əməkdar jurnalist, mərhum Aqşin Kazımzadənin sonuncu yazısı
(III hissə)

Puşkaşla mənim ondan nə istədiyimizi dərk etmək üçün özünü azı bir dəqiqəyə yaxın gücə salmalı oldu, hətta iki dəfə "bu Azərbaycan futbolu nə olan şeydir" deyə soruşdu və bu vaxt Puşkaş qınayıcı nəzərlərini mənə zillədi, sonra özünə xas olmayan jestlərlə o dövrdə heç kəsin tanımadığı "Azərbaycan futbolu" ifadəsinin mənasını izah etməyə başladı.
- A-a-a, Banişevski?- Yohan Kroyfun SSRİ yığma komandasında bakılı mərkəz hücumçusunun soyadını necə təhrif etdiyini gərək öz qulağınızla eşidəydiniz. - Həmin o sarışın, həm də mənim kimi uzundraz cavan oğlanı deyirsiniz? Onun məktəbi yoxdur. - Vəssalam, bu da mənə Yohan Kroyfdan şad xəbər. Nə etmək olar, bu acı həbi udmaq məcburiyyətindəyəm, hər yüksək nüfuzlu ustadan acı da olsa, belə hikmətlər eşitmək olmur. - Məktəbi yoxdur, amma istedadı böyükdür, tükənməzdir. Baş ilə qol vurmaq bacarığının, sıçrayışlarının tayı-bərabəri yoxdur. Belə şeyləri akademiyalarda, universitetlərdə öyrətmirlər!.. - Yohan Kroyf bir - iki saniyə susur, amma bu, nəfəsini dərmək üçün edilmiş kiçik fasilə deyildi.
- Puşkaş, - qəfildən mənim könüllü dilmancıma müraciət edir, - görürəm, dostunuza, - yəni mənə, - kömək edirsiniz, mənim anladığıma görə öz yazarınıza burada dediklərimi dərk etməkdə yardımçısınız. Elə isə ona deyin ki, həmin oğlanın oyununu Avropada bir neçə dəfə izləmək imkanına malik olmuşam. Tam məsuliyyətlə deyirəm: bu gün mən özüm də çox böyük həvəslə onunla, adı nədir, e-e-e... - Banişevskinin soyadını dilə gətirmək istəyir, amma bunu edə bilmir, peşmanlıq ifadə edən bir təbəssümlə barmaqlarını şaqqıldadır, - birlikdə oynamaq istərdim və elə bilirəm, sizlərdən heç biriniz mənim ondan yaxşı oynadığımı söyləməyə risk etməzdiniz. - Kiçik bir fasilədən sonra - Və yaxud, əksinə, onun məndən yaxşı oynadığını deyə bilməzdiniz.
Bu dəfə isə birbaşa artıq mənə müraciət edir:
- Siz rusların adları niyə belə çətindir? Onları diliniz dolaşmadan necə tələffüz edirsiniz?
Bütün söhbət vaxtı onunla ancaq ingiliscə danışan Puşkaş bu dəfə Kroyfun qulağına ispanca nə isə dedi (Ferens Puşkaş kommunistlərin nəzərində dönük bir insan kimi bir müddət Madriddə yaşamalı olub, kral klubu "Real"da oynayıb, Don Kixotun və Salvador Dalinin dilini yaxşıca öyrənib). Bu vaxt Kroyf mənə aşkar bir heyranlıqla, mən deyərdim, nəzərə çarpan ehtiramla baxdı.
- O, artıq oynamır? - aldığı təsdiqləyici cavabdan sonra birmənalı şəkildə təəccüblənərək, - Təəssüf, çox təəssüf, çox görkəmli usta idi! İndi nə ilə məşğul olur?
Dərhal cavab verə bilmirəm, bir qədər sürən sükutumun səbəbi isə cavabın özümə də məlum olmamağıdır. Desəm məşqçilik edir, mütləq soruşacaq ki, belə görkəmli futbol ustasına etibar edilən hansı komandadır, adı nədir, səviyyəsi nə? Desəm ki, komanda Bakının deyil, paytaxta aidiyyatı yoxdur, adi əyalət komandasıdır - bir qədər yaxşı çıxmır, yəni soruşmaz ki, Banişevskinin gücündən, biliyindən istifadə etmək üçün daha münasib bir meydan tapılmadımı?
Vəziyyətimi sözsüz də dərk etdiyinə görə, sadəcə olaraq, Kroyfa minnətdaram. O, jurnalist həmkarlarımın qeyri-ixtiyarı yaranmış uğultusunu kəsərək dedi:
- İnciməyin, kolleqa, - aha, bu müraciət tərzini də də yadda saxlayaq, - sizin Rusiyada, nə etmək olar. - Xarici ölkələrdə heç vaxt, məsələn, Ukrayna və ya Gürcüstanı, Azərbaycan və ya Moldovanı tanımayıblar; bizim hamımıza bir ucdan rus deyir, Rusiya təmsilçiləri kimi qəbul edirdilər. - Sizin Rusiyada futbolçulara, ümumiyyətlə, idmançılara həmişə, elə indi də biganə, mən deyərdim çox yüngül yanaşırlar. Heç kəs, mənə elə gəlir ki, hökumət adamları belə, dərk etmirlər ki, futbol oynamaq da, idmanla məşğul olmaq da bir işdir: mühəndisin, müəllimin, menecerin, həkimin işi kimi bir iş. Onlar kimi, futbolçu da öz işini görür, özü də bu, heç də sadə bir iş deyil, başqa peşə sahibləri olan yüzlərlə, minlərlə insanın öhdəsindən gələ bilməyəcəyi bir iş. Nə qədər ki, siz bunu sona qədər dərk etməyəcəksiniz, nə qədər ki, futbolçu əməyinə lazımi dəyəri verməyəcəksiniz, sizdə heç nə alınmayacaq. Və birdən daha açıq və gözlənilməz bir tərzdə: - Yox, məsələ sizin futbolçulara verilən pulda deyil. Əvvəla, bunu Qərbdə verilən qonorar və zəhmət haqları ilə müqayisə etmək olmaz, sizdə bu, çox aşağıdır. İkincisi də, futbolçunun xoşbəxtliyi təkcə pulda deyil. Futbolçu başa düşməlidir ki, ona həvalə olunan, etibar edilən nədir, o, uşaq yaşlarından özündə sırf peşəkara məxsus keyfiyyətlər tərbiyə etməli və məşq prosesində yorulmaq bilmədən çalışmaqla nail olunan səviyyəli futbol oynamaq imkanını göz bəbəyi kimi qorumağı bacarmalıdır. Ancaq bu halda futbolçu oynamaqdan, xoşbəxt yaşayışdan, dünyanı gəzmək, müxtəlif düşüncə tərzi və dünya görüşünə malik insanlarla ünsiyyətdən aldığı zövqü heç bir nemətə dəyişməz. - Sözünü kiçik bir fasilədən sonra və pafossuz tamamladı. - Necə ki, mən dəyişmirəm!
- Bütün bunlar çox maraqlıdır, - hamımızın 1978-ci ilin dünya çempionatından yaxşı tanıdığımız, o vaxt Buenos Ayresin "River pleyt" stadionundakı final oyununa bir neçə dəqiqə qalmış mətbuat lojasının keçidi qarşısında FİFA prezidenti Joao Avelanjın qarşısını kəsib, cangüdənlərin fədakarlıqla göstərdikləri müqavimətə baxmayaraq, 15 dəqiqə ərzində ona müxtəlif mövzularda bir yığın sual verməyə imkan tapan ingilis jurnalistinin Kroyfa dediklərini Ruşkaş qulağıma pıçıldayır. - Amma siz, Kroyf, özünüz necə, xoşbəxtsinizmi?
- Siz özünüz bu barədə nə fikrdəsiniz?
Yohan Kroyf dərhal suala sualla cavab verir.
- Amma bilin ki, hər məqamın özünə görə xoşbəxtliyi var. İllər keçir, biz dəyişirik, həyata münasibətimiz də dəyişir. Başlıcası odur ki, xoşbəxtlik adlandırdığınız o neməti itirməyəsiniz, həyatınızın yüyənini əlinizdə saxlamağı bacarasınız. Lakin nəzərə alın ki, bunu tənzimləmək çox çətindir. Bu da bir istedaddır, Allah vergisi kimi bir şeydir: kiminə verilib, kiminəsə yox. - Kroyf tam ciddi bir görkəm alır, gözlərində fanatik bir parıltı görünür. - Mən tamamilə əminəm ki, insanlar tövsiyələrlə yaşasaydılar, bəlkə də həyatımız tam başqa cür olardı.
- Kroyf, bir dəfə sizdən soruşublar ki, başında ancaq futbol olan, futboldan başqa heç nə barədə düşünməyən insanla necə yanaşı yaşamaq olar? Xatırlayırsınızmı? - Bu sual mənə son dərəcə orijinal göründü və onu verməklə idman müsahibəsi üçün qeyri-adi olan mövzu təqdim edən Norveç jurnalistini o vaxt Badalonda axıra qədər gözləyib, özümü təqdim etdim, təşəkkür əlaməti olaraq əlini sıxdım.
- Çox gözəl xatırlayıram! - Kroyf dərhal cavab verdi. - Bu, 1974-cü ildə Münhendə olub. Almaniya Federativ Respublikasında keçirilən dünya çempionatının iştirakçısı olduğumuz final oyunu başa çatan kimi. Biz həmin oyunda 1:2 hesabı ilə məğlub olduq, amma görüşü çətinlik çəkmədən uda bilərdik. Suala o vaxt verdiyim cavabı indi də təkrar edə bilərəm. Başında futbol və ancaq futbol olan adamla yaşamaq yaxşıdır, gözəldir! "Mən belə adamları sevirəm" desəm, azdır, mən onlara məftunam, onların qarşısında səcdə edirəm!
- Yəni demək istəyirsiniz ki?...
- Nə demək istədiyinizi başa düşdüm, - Yohan Kroyf nəzərə çarpmadan yanakı şəkildə ona yaxınlaşıb, diktofonu burnunun altına uzadan italiyalı jurnalistin sözünü ağzında qoydu. - 1974-cü ildə bizim möhtəşəm bir komandamız vardı və çox təəssüflənirəm ki, o vaxtdan Hollandiyada elə bir futbolçu yoxdur ki, mənə heç olmasa hansı bir cəhəti iləsə Neeskensi, onun qol vəziyyətinin duyumunu xatırlatsın və ya Kumanın dünya futbol ensiklopediyasına düşməli olan uzaq məsafədən vurduğu qolları təkrar etsin. Və ya Krola, de Bur qardaşlarına bənzər futbolçular bizdə indi artıq yoxdur. Demirəm ki, bizim yığma 1958-ci ildə ilk dəfə planetin ən güclü futbol komandası titulunu qazanmış Braziliya yığmasından yaxşı idi, amma onun kimi güclü idi və bu gün də həmin fikirdəyəm. Təəssüf ki, 1978-də biz bir sıra möhtəşəm keyfiyyətlərimizi itirdik. Əgər 4 il əvvəl AFR-in çempionluğunu sual altına alıramsa, 1978-ci ilin dünya mundialı barədə bunu deyə bilmərəm - argentinalılar bizdən güclü idilər. - Bu sözlərdən sonra bir qədər fasilə yarandı və burada bir qeyri-səmimilik olduğunu sonradan dərk etdim. - Amma final fitinin səslənməsindən bir dəqiqə əvvəl Naninqanın vurduğu topun hədəfi qapı dirəyi deyil, tor olsaydı, Menotti və onun komandasının əli boş qalacaqdı, qızıl medalları da dirsəklərini gördükləri kimi görərdilər.
Bunun ardınca dedikləri isə daha maraqlı idi:
- Mən özüm təcrübəli futbolçuyam, məşqçiyəm və məşqçi əməyinə hörmətim var. Eləcə də meydana ancaq nə isə etmək üçün deyil, həm də nə isə göstərmək üçün çıxmağı sevənlərə, futbol meydançası maketi qarşısında hücum və ya müdafiə düzülüşü üzrə dərslərə, müxtəlif texniki sxemlər, sistemlər barədə ətraflı danışmağa, axtarışlara, arzulara üstünlük verənlərə hörmətlə yanaşıram.
- Kroyf, dediklərinizin ahəngindən görünmürmü ki, Siz bütün bunları lazımsız iş hesab edirsiniz? - Bunu mənim yanımda dayanmış, siqaret çəkməkdən xırıldayan səsin sahibi soruşdu.
-Tamamilə düzdür! - Yohan Kroyf ona sözünü tamamlamaq imkanı vermədi. - Mən demişəm və həmişə də deyəcəyəm: bütün bunlar boş sərsəmləmələrdir, elmə bənzər cəfəngiyatdır. Peşəkar məşqçi qarşıya bir ümumi vəzifə qoymalıdır, vəssalam. Bu, uşaq bağçası deyil. Oyun və məntiq - bunlar bir-birini inkar edən anlayışlardır. Əks halda buna sərbəstlikləri, möcüzələri ilə zəngin futbol demək olmaz. Bu, qabaqcadan dəqiq hesablanmış kompüter proqramına bənzər bir şey olardı. İnsanların da futbola olan marağı ölər, hətta "Marakana" stadionunda belə, keçirilən məsul oyunlara 200 min adam yığılmazdı - Götürək elə, - Kroyf xatırlamağa başlayır və mən özüm də futbol tarixinə ibrətamiz nümunə kimi düşmüş həmin oyunu unutmamışam, - 1970-ci ilin dünya çempionatında Belçika və Sovet İttifaqı yığmalarının görüşünü. Topu idarəetmə texnikasında, hücumların kəskinliyində, atletizmdə belçikalılar tam üstünlüyə malik idilər, - Kroyf kədərlə gülümsünür. Nəticədə nə gördük, hesab SSRİ komandasının xeyrinə 4:1 oldu. Bütün bunların çox sadə bir izahı var. Protokolda göstərildiyinə görə, belçikalıların 90 dəqiqəlik oyun ərzində qapıya vurduqları 18 zərbədən yalnız biri qola çevrilmişdi. Amma onların rəqiblərinin 6 zərbəsindən 4-ündə top qapıdan keçmişdi. İndi deyin, hanı burada məntiq, qanunauyğunluq, hanı üstünlüyün nəticəsi olan qələbə? Susursunuz? Bax, belə.

(ardı var)
Xəbər 2729 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru