Raqif Abbasov: «Yalnız bu halda kütləviliyə, inkişafa nail ola bilərik» | |
«Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda Milli Qurtuluş Gününə həsr olunmuş həvəskar və peşəkar velosipedçilər arasında yarışı yüksək qiymətləndirirəm. Əminəm ki, bu cür turnirlər velosiped idman növünə marağı bir qədər də artıracaq». Bunu idman.com.az saytına açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsi Raqif Abbasov dedi. Onun sözünə görə, az öncə belə bir tədbiri onun rəhbərlik etdiyi qurum da təşkil edib: «Bir neçə həftə bundan qabaq Bakı-Şamaxı marşrutu üzrə paytaxt şosse yarışı kiçirildi. İlin sonunda qış mövsümü üçün çətin dağ massivində turnirin təşkili planlaşdırılır. Umumilikdə, paytaxt yarışlarının iştirakçıları elə ölkə üzrə olan iştirakçılardır. Əslində, biz də istəyirik ki, belə rəqabətlərdə əyalət təmsilçiləri daha çox olsun. Yalnız bu halda kütləviliyə, inkişafa nail ola bilərik». Kamran HACI |
|
Xəbər 3044 dəfə oxundu. |
|
|