Elçin Əsədov: «Velopark, velosiped idmanının inkişafına xüsusi töhfə verəcək» | |
«Veloparkda Milli Qurtuluş Günü ilə bağlı velosiped yarışlarının keçirilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu cür tədbirlər ölkəmizdə velosiped idmanının inkişafını daha sürətləndirəcək». Bunu idman.com.az saytına açıqlamasında Azərbaycanın 1 nömrəli velosipedçisi Elçin Əsədov dedi. Onun sözünə görə, turnirə milli komandanın üzvlərinin qatılması həvəskar velosipedçilərə şərəf verməkdir: «Şıx çimərliyinin yaxınlığında salınan Velopark, vətəndaşlarımıza böyük hədiyyədir. Bir tərəfdən Xəzər dənizi, digər yandan yaşıllıqla əhatə olunmuş gözəl mənzərə görünür. Yol xüsusi ərazidə salındığından, burada velosipedçilərə sərbəst hərəkət etmələrinə heç nə maneə olmayacaq. Əminəm ki, yeni istifadəyə verilmiş Velopark, bu idman növünün inkişafına xüsusi töhfə verəcək». Qarşıda onu ciddi yarışların gözlədiyini deyən təcrübəli sprinterçi, məqsədinin uğurlu nəticələr qazanmaq olmasıdır: «Hazırda ölkə çempionatına hazırlaşıram. Sonra Malayziya və Çində keçiriləcək beynəlxalq veloturlara qatılacağam. Orada «Synergy Baku» komandasının heyətində çıxış edəcəyəm. Daha sonra İtaliyada təşkil olunacaq dünya çempionatında məni çətin sınaq gözləyir». Kamran HACI |
|
Xəbər 2070 dəfə oxundu. |
|
|