Navas «şəhərli» oldu
İspan vinger Xesus Navas Mançesterdə tibbi müayinədən uğurla keçib və «Mançester Siti» ilə müqavilənin də altından imzasını atıb. İdman.com.az saytı xəbər verir ki, o, komandaya yığması ilə iştirak edəcəyi Konfederasiya Kubokundan sonra qatılacaq. 27 yaşlı yarımmüdafiəçinin öncəki klubu «Sevil»ya olub.

Bu komandada keçirdiyi 9 mövsümdə Navas 393 oyunda 34 qol vurub. 2010-cu ilin dünya çempionu yeni təyinatı ilə bağlı bunları deyib: «Mançester Siti» qeyri-adi layihədi. Mənim üçün də bu layihəyə qatılmağa əla imkan ələ düşüb. Belə fürsət əldə etdiyimə görə də çox şadam.

Xəbər 1030 dəfə oxundu.