Fabreqas «Barsa»dan getməyi düşünmür | |
Sesk Fabreqas özünün bu yay «Barselona»dan getmək ehtimalını absurd adlandırıb. İdman.com.az saytı xəbər verir ki, «Barselona»da keçirdiyi dövrdə futbolçu əsas heyətə yol tapa bilməyib. Bununla da bağlı onun ingilis Premyer Liqasına dönəcəyi barədə söz-sbhbət yayılmağa başlayıb. Şayiələrə görə, «Arsenal» yenidən Fabreqasla anlaşmaq istəyir. Oyunçuya həmçinin «Mançester Yunayted» iddialıdı. Lakin 26 yaşlı futbolçu bütün söhbətlər təkzib edib «Kamp Nou»da qalmaq istəyini bildirib: «Mən həmişə demişəm ki, Barselonada xoşbəxtəm. Gedəcəyimi söyləyənlər mən yaxşı tanımırlar. Agentimlə heç kəs danışmayıb və o da bilir ki, mən «Barselona»dan getmək istəmirəm. Getməyim barədə söhbətlər tam absurdur». |
|
Xəbər 1148 dəfə oxundu. |
|
|