Boaş PSG-nin təklifinə rədd cavabı verib
Tottenhemin baş məşqçisi Andre Villaş Boaş PSG-nin təklifini rədd edib.

İdman.com.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu Tottenhemlə müqavilənin pozulması üçün 10 milyon funt sterlinq ödəməyə razı olublar. Lakin mütəxəssis Karlo Ançelottini əvəz etmək istəməyib.

Qeyd edək ki, Ançelotti Realla müqavilə imzalamağa yaxındır. Boaş 2012-ci ildən Tottenhemə başçılıq edir. Onun rəhbərliyi altında komanda bu il 5-ci yeri tutub.

Xəbər 1120 dəfə oxundu.