Rosell: "Messinin günahsız olduğuna inanıram" | |
"Barselona"nın prezidenti Sandro Rosell futbolçusu Lionel Messinin 2007, 2008 və 2009-cu illərdə 4 milyon avro dəyərində vergi ödəməkdən yayındığı üçün məhkəməyə verilməsini şərh edib. Klub sahibi keçirdiyi mətbuat konfransında argentinalı hücumçunun günahsız olduğuna inandığını bildirib: “Messi və ailəsi ilə görüşdüm. Çox sakitdilər. Onun günahsız olduğuna inanıram. Biz tamamilə onun tərəfindəyik. Həmişə Messiyə dəstək olacağıq". |
|
Xəbər 851 dəfə oxundu. |
|
|