Mourinyo "Çelsi"də ilk transferini həyata keçirdi
“Çelsi” Joze Mourinyonun yenidən baş məşqçi təyin olunmasından sonra ilk transferini reallaşdırıb.

London təmsilçisi Bundesliqa klublarından “Bayer”in 22 yaşlı futbolçusu Andre Şürleni rənglərinə bağlayıb. Klubun rəsmi saytından verilən açıqlamada lazımı sənədlərin tamamlanmasından sonra oyunçu ilə müqavilə imzalanacağı bildirilib.

Transferin detalları haqqında məlumat verilməsə də, alman mətbuatı “Çelsinin qarşı tərəfə 23 milyon avro ödədiyini, Almaniya millisinin üzvü olan oyunçu ilə 5 illik müqavilə imzalandığını və Şürleyə ildə 4,8 milyon avro veriləcəyini yazıb.

Xəbər 845 dəfə oxundu.