"Simurq" gənc qapıçını heyətinə qatdı
"Simurq" "Neftçi"nin gənc qapıçısı Rəşad Əzizlini heyətinə qatıb. Gənc qolkiper icarə əsasında Zaqatala klubunun şərəfini qoruyacaq. Rəşad Əzizli ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, o Azərbaycan millisinin sabiq qapıçısı, uzun illər ölkənin aparıcı qapıçılarından olan, daha sonra bir çox klublarda və milli komandamızda məşqçi kimi çalışan, hazırda isə ölkəmizdən kənarda fəaliyyət göstərən azsaylı məşqçilərdən olan Faiq Əzizovun oğludur. Rəşad gənc olmasına baxmayaraq, inamlı oyunu ilə çoxlarının diqqətini cəlb etməyi bacarıb. Təsadüfi deyil ki, bir müddət əvvəl Premyer Liqa klublarından "Bakı" və "Rəvan", birinci diviziondan isə "Qaradağ-Lökbatan" və "Neftçala" Rəşadı heyətinı qatmaq istəyirdi. Lakin gənc qapıçısı "Simurq"a getməyi üstün tutdu.

Xəbər 832 dəfə oxundu.