«Qəbələ» Luis Araqonla bağlı qərar verib | |
«Qəbələ» Luis Araqonla bağlı qərar verib. İspan mütəxəssis komandada saxlanılıb. Ramiz Məmmədovun istefasından sonra «Qəbələ»nin əsas komandasına başçılıq edən Araqon köhnə iş yerinə qayıdıb. Belə ki, o, yeni mövsümdə əvvəllər olduğu kimi əvəzedici komandanın baş məşqçisi olacaq. Qeyd edək ki, Araqon «Qəbələ»yə Premyer Liqanın 25-ci turundan başçılıq edib. Komanda onun başçılığı altında keçirdiyi 8 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 4 dəfə məğlub olub. |
|
Xəbər 970 dəfə oxundu. |
|
|