Qaret Beyl "Tottenhem"dən ayrılmaq istəmir
"Tottenhem"in futbolçusu Qaret Beyl klubdan ayrılıb-ayrılmayacağı haqqında danışıb.

Uelsli hücumçu "Spurs TV"yə açıqlamasında komandasında xoşbəxt olduğunu deyib:

"Öz tərzimi tapmağımda baş məşqçimiz Andre Villaş Boaşın mənə çox köməyi olub. Məşqlərdə də bunun üzərində çalışırıq. Komandam üçün hər matçda ən yaxşısını etmək istəyirəm. Hər kəs Boaşla çalışdığı üçün çox xoşbəxtdir".

Qeyd edək ki, futbolçu ilə "Real", PSJ, "Mançester Siti" yaxından maraqlanır.

Xəbər 849 dəfə oxundu.