“Orduspor” klubu heyətinə azərbaycanlı futbolçu qatacaq | |
Türkiyənin “Orduspor” klubu heyətinə azərbaycanlı futbolçu qata bilər. Bu barədə klubun prezidenti Nedim Türkmen açıqlama verib. “Orduspor” Super Liqadakı yerini qoruya bilməyərək 1-ci liqaya düşüb. Burda isə türkdilli dövlətlərdən olan futbolçular legioner sayılmır. Yəni Türkiyə Futbol Federasiyası aşağı liqa klublarına bu ölkələri təmsil edən 3 futbolçunu yerli statusu ilə oynatmağa icazə verir. Bu səbəbdən Nedim Türkmen Qazaxıstan və Azərbaycandan futbolçu ala biləcəklərini deyib: “Çaykur Rizəspor”un iki qazax futbolçusu – qapıçı David Loriya və müdafiəçi Samat Smakovla maraqlandıq. Yenə Qazaxıstan və Azərbaycandan əcnəbi oyunçular ala bilərik”. Qeyd edək ki, əvvəllər “Orduspor”da millimizin sabiq üzvü Anatoli Ponomaryov çıxış etmişdi. O, 2010-cu ildə bu komandada 10 oyuna çıxaraq 3 qol vurmuş və karyerasını bitirib. |
|
Xəbər 757 dəfə oxundu. |
|
|