Minskdə boks üzrə dünya çempionatı davam edir | |
Belarusun paytaxtı Minskdə boks üzrə dünya çempionatı davam edir. Yarışın növbəti günündə Azərbaycan idmançılarından ilk olaran Rauf Rəhimov (81 kq) rinqə çıxıb. Təssüff ki, 2011-ci ilin gənclər arasında dünya çempionu hollandiyalı Petr Mullenberlə döyüşdən məğlub ayrılıb. Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə alıb – 29:27, 29:27, 29:26. Günorta proqramında rinqə çıxan digər həmyerlimiz Heybətulla Hacəliyev isə (64 kq) boks həvəskarlarını qələbə ilə sevindirib. Milli komandamızın üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəlib. |
|
Xəbər 1039 dəfə oxundu. |
|
|