Bakı klubunda braziliyalı baş məşqçi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi «Rabitə»ni braziliyalı Paulo Koko çalışdıra bilər. Braziliya mətbuatı mütəxəssisin Bakı klubu ilə anlaşdığını iddia edib.

46 yaşlı Koko bu postda Marçello Abbondanzanı əvəzləyəcək. O, hazırda Braziliya millisində Ze Robertonun köməkçisidi. Koko «Rabitə»nin tarixində ilk braziliyalı məşqi ola bilər.

Xəbər 974 dəfə oxundu.