Ən yaxşı göstərici Elçin Əsədovdadır
“Tour of İran” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinin qalibi Alois Kankovski olub. İdman.com.az saytı avif.az-a istinadən xəbər verir ki, çex idmançı bu etapı 2 saat 41 dəqiqə 56 saniyə ərzində qət edib. Ümumilikdə, idmançılar finişə qrup şəklində gəliblər.

Urmiya-Xoy istiqamətində keçirilmiş 3-cü mərhələdə Azərbaycan milli komandasından ən yaxşı nəticəni Tural İsgəndərov göstərib. Paletonun finişə qrup şəklində gəldiyini nəzərə alsaq, gənc velosipedçimiz son xətdə 20-ci çatıb.

Digər təmsilçimiz Aqşin İsmayılov finişə 28-ci gəlib.
3 mərhələdən sonra, ümumi nəticədə milli komandamızın lideri Elçin Əsədov 4-cü pillədə qərarlaşmış. O, lider Alois Kankovskidən hələlik 14 saniyə geri qalır.

Xəbər 1171 dəfə oxundu.