«Simurq» bir futbolçusu ilə yolları ayırıb
«Simurq» bir futbolçusu ilə yolları ayırıb. Qışda komandaya qoşulan Tomislav Buşiç yola salınıb.

Buna səbəb xorvat forvardın özünü doğrulda bilməməsidi. Qış fasiləsində «Slaven»dən gələn Buşiç cəmi 9 oyunda meydana çıxaraq 261 dəqiqə oynayıb və yalnız bir dəfə fərqlənib. «Qəbələ»nin qapısına yol tapan xorvatiyalı futbolçu komandasının bir xal qazanmasına yardımçı olub.

Qeyd edək ki, 27 yaşlı forvard Xorvatiyanın «Haduk, «Slaven», Ukraynanın «Dinamo» (Kiyev) və İsrailin «Makkabi» (Petak Tikva) klublarında oynayıb, həmçinin Xorvatiyanın U-16, U-17, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.

Xəbər 962 dəfə oxundu.