“Barselona” futbolçularını buraxmır | |
“Barselona” futbolçusu Adriano Korreya ilə müqavilənin müddətini daha dörd il uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir: “Adriano klubun ən önəmli futbolçularında biridi. Müdafiəçi olaraq həm sağ həm də dol cinahda möhtəşəm oyun sərgilədi. Onunla müqaviləni 2017-ci ilə qədər uzatdıq”. Qeyd edək ki, 2010-ci ildə “Sevilya”dan katalon klubuna transfer olunan 28 yaşlı oyunçu indiyə kimi çıxdığı 105 matçda 10 qol vurub. |
|
Xəbər 818 dəfə oxundu. |
|
|