Velosipedçilərimiz «Fleche du Sud`13»də
Ötən həftə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq veloturunda uğurlu çıxış edən «Synergy Baku Cycling Project» komandası, indi çıxışını Lüksenburqda keçirilən «Fleche du Sud`13» yürüşündə davam etdirir.

Bu barədə «İdman» qəzeti və idman.com.az saytına milli komandanın üzvü Tural İsgəndərov məlumat verib. Gənc velosipedçisinin sözünə görə, adı çəkilən turnir 2.0 kateqoriyalıdır:

«Bu yarış Bakıdakı veloturdan da çətindir. Çoxlu döngələr, təhlükəli yollar var. Burada gücümün 60 faizini ortaya qoymuşam. Əsas məqsədim yarış təcrübəsini artırmaqdır. Şəxsi məşqçim Qafur Mustafayevə bu qənaətdədir».

Qeyd edək ki, Lüksenburq sınağında Tour d`Azerbaidjan»da çıxış etmiş yalnız bir idmançımız – Oleksandr Surutkoviç var. Tural İsgəndərovla yanaşı, «Fleche du Sud`13»də Samir Cəbrayılov, Anuar Manan, Con Ebsen və Riko Rogers də mübarizə aparırlar.

Xəbər 996 dəfə oxundu.