Burak Yılmaz "Anji"nin təklifini geri çevirdi | |
Rusiyanın "Anji" klubu "Qalatasaray"ın hücumçusu Burak Yılmazı heyətinə qatmaq istəsə də, İstanbul təmsilçisi təklifi geri çevirib. Mahaçqala klubu 27 yaşlı forvarda görə 5 illik müqavilə və hər ilə görə 7 milyon avro təklif etsə də, Burak bundan imtina edib. Qeyd edək ki, Burak Yılmazla Madrid "Atletiko"su da yaxından maraqlanır. İspaniya təmsilçisi Buraka görə "Cim-Bom"a 20 milyon avro təklif edir. |
|
Xəbər 844 dəfə oxundu. |
|
|