Şahban Cəbrayılovdan iki möhtəşəm qol | |
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Braziliyanın "Botafoqo" klubu ilə üz-üzə gəlib. İdman.com.az saytının məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Hər iki qolu Şahban Cəbrayılov vurub. Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib. Futbolçularımız qrupda son matçını mayın 12-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığmasına qarşı keçirəcək. |
|
Xəbər 850 dəfə oxundu. |
|
|