Millimiz qələbə qazandı | |
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Alanyaspor" klubu ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 6:4 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın heyətində Fəyar Hüseynov dubl edib. Hərəyə 1 dəfə isə Amid Nəzərov, Asif Zeynalov, Comərd Baxşəliyev və Ramil Əliyev fərqlənib. Qeyd edək ki, millimizin Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulsa da, Rusiya komandasının Alanya şəhərinə getməməsi səbəbindən qarşılaşma baş tutmayıb. |
|
Xəbər 829 dəfə oxundu. |
|
|