Elnur Məmmədli : «Olimpiadaya indi rahat hazırlaşa bilərəm» | |
Sonuncu Avropa çempionatında qızıl medal qazanaraq məqsədinə çatan Elnur Məmmədli, indi əsas diqqətini London Yay Olimpiya Oyunlarına yönəldib.
«İdman» qəzetinin əməkdaşı ilə söhbət zamanı xoşbəxt olduğunu deyən olimpiya çempionu, bu qələbənin onun olimpiadaya rahat hazırlaşmasına kömək olacağını deyib: - Demək olar, Londona vəsiqəni təmin etmişəm. Çünki getməmişdən öncə internetdə baxmışdım və artıq təxminən 4-5-ci pilləyə yüksəldiyimi bilirəm. Bu nəticəni 2006-ci ildə əldə etmişdim. Amma o yandan bu yana nə mən, nə də komanda yoldaşlarım Avropa çempionu ola bilirdi. Əsas məqsədim qızıl medal qazanmaq idi. İdmançı finaldakı moldovalı rəqibi barədə də danışıb. Elnurun fikrincə, o hər şeyi lazımi anda edib: - Düzü, finalda nisbətən ehtiyatlı güləşməyimin səbəbi riskə getmək istəməməyim idi. Çünki bilirdim ki, o hardasa boşluq buraxacaq. Belə də oldu. O ani səhv etdi, mən də saxlama fəndi ilə «ippon» qazandım. Titullu cüdoçu Bakıda təşkil ediləcək qran-pridə çıxış edib-etməyəcəyini hələ müəyyənləşdirməyib. Buna əsas səbəb isə çempionun qitə çempionatı zamanı qabırğalarını zədələməsidir. Amma il ərzində, xüsusilə də Fransanın paytaxtında keçiriləcək dünya çempionatında iştirak edəcək. |
|
Xəbər 1489 dəfə oxundu. |
|
|