Yuri Syomin Bakıya gəlir | |
«Yuri Syomin çərşənbə, yaxud cümə axşamı klub prezidenti Tale Heydərovla görüşəcək». Bu sözləri «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Klub rəsmisi Rusiya mətbuatına açıqlamasında bildirib ki, görüş Bakıda keçiriləcək: «Görüş Bakıda olacaq. Həmin görüşdən sonra biz birgə qərar qəbul edəcəyik. Əgər baş məşqçimiz Syomin olarsa, o, futbolçularla yaxşı əlaqə yarada biləcək». |
|
Xəbər 1047 dəfə oxundu. |
|
|