«Qəbələ» heyətində islahatlara başlayıb
«Qəbələ» heyətində islahatlara başlayıb. Bölgə klubu Aleksandr Çertoqanovla yollarını ayırıb.

İki mövsümdə komandada çıxış edən millimizin üzvünün oyunu «Qəbələ» rəhbərliyini qane etməyib. Bu səbəğdən klub onunla vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Çertoqanov 2011-ci ildən çıxış etdiyi «Qəbələ» 52 oyun keçirib və 4 qol vurub. «Qəbələ» karyerası ərzində 4 qırmızı vərəqə alan 33 yaşlı yarımmüdafiəçi bu mövsüm 3 dəfə meydandan qoulmaqla antirekord müəyyənləşdirib.

2005-cü ildə ölkəmizə gələn Çertoqanov «Qəbələ»dən başqa «Bakı», «Neftçi», «Simurq» və «İnter»də çıxış edib. 2006-cı ildən çağırıldığı yığmamızda 54 oyun keçirən futbolçu «Bakı» ilə ölkə kubokunu, «İnter»lə çempionluğunu qazanıb.

Xəbər 815 dəfə oxundu.