Sahib Ələkbərov: Gələnlər Azərbaycanın təbiətinə valeh oldular
Bu gün “Hilton Baku” mehmanxanasında “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun yekun mətbuat konfransı keçirildi. İdman.com.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Beynəlxalq Velosipedlər İttifaqının prezidenti Pet Makkueyt iştirak etdi.

Mətbuat konfransını giriş sözü ilə açan S. Ələkbərov bildirdi ki, turnir uğurla başa çatıb: “Yarış çox yüksək səviyyədə keçdi. Bunun üçün Azərbaycan prezidenti İlham Əliyevə, hökumətə təşəkkür edirik. Çünki bütün dövlət qurumları yarışın təşkilində bizə yaxından dəstək oldular. Gəzməli, görməli yerlərdə olduq. Qonaqlar, eləcə də yarış iştirakçıları Azərbaycanın təbiətində valeh oldular. Nəticələrimiz də ürəkaç oldu. Hamınızı təbrik edirəm”.

2 ildə 3-cü ölkəmizə səfərə gələn Makkueyt də yarışın çox yüksək səviyyədə təşkil olunduğunu deyib: “Azərbaycanda keçirilən turnir digər ölkələr üçün model rolunu oyana bilər. “Synergy Baku” da çox yaxşı çıxış etdi. Onların güclü sponsoru, gözəl gələcəyi var. Bu komandanın uğurları Azərbaycan gənclərinin də velosiped idmanına marağını artıracaq”.

KAMRAN

Xəbər 946 dəfə oxundu.