Erik Ramos: "Qızıl dubl etmək istəyirik" | |
“Neftçi” nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına danışıb: Paraqvaylı futbolçu əvvəlcə "Qarabağ"la oyuna toxunub: “Mövsüm sona yaxınlaşdıqca çempionatın gərginliyi daha da artır. Artıq marafonun sonuna yaxınlaşırıq. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz. İlk pillədə olmağımız bizi arxayınlaşdırmır. “Qarabağ”la oyun vacib olsa da, həlledici deyil. Onu deyim ki, rəqibimiz güclü komandadı. Hələ bu oyundan sonra çempionatın bitməsinə 3 tur qalacaq. Həm fərdi, həm də komanda şəklində güclüyük". "Neftçi"nin aparıcı üzvü cari mövsümü qızıi dublla başa vurmaq istəyir: "Çempionat başa çatandan sonra kubokun finalı haqda düşünəcəyik. Bu yerə qədər gəlmişiksə, dayanmaq niyyətimiz yoxdu. Qızıl dubl etmək şansımız var. Buna komandanın fiziki-taktiki cəhətdən güclü olması kifayət etmir. Qələbələrimizin təməlində həm də komandadakı əhval-ruhiyyə dayanır. Burada bir ailə, bir yumruq kimi birləşmişik. “Neftçi”də oynamaq o deməkdir ki, sənə böyük etimad göstərirlər və biz də bu etimadı sona kimi doğrultmalıyıq. Qarşıdakı oyunlarda güclü azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar da bizi tək buraxmayacaq". |
|
Xəbər 1001 dəfə oxundu. |
|
|