Arda Turan: "Hər halda biz bir millət, iki dövlətik" | |
İspaniyanın "Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan "Bakı" ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında açıqlama verib. Əvvəlcə o, ölkəmizdə yaxşı qarşılandığı üçün təşşəkürünü bildirib: "Burda olmaqdan çox şadam. Özümü ev sahibi kimi hiss edirəm. Türk-Azərbaycan mədəniyyətini dünyaya belə gözəl formada nümayiş etdirdiyinizə görə təşəkkür edirəm. Arda Turan "Atletiko"nun "Azərbaycan" yazısı olan forma ilə oynamasına da toxunub: "Bu, mənim üçün qürurvericidir. Bir türk olaraq bundan şərəf duyuram və çox xoşbəxtəm. "Hər halda biz bir millət, iki dövlətik" - deyə o qeyd edib. |
|
Xəbər 972 dəfə oxundu. |
|
|