«Sumqayıt» «Kəpəz»lə oyunun hazırlığını davam etdirir
Premyer Liqanın son turunda səfərdə «Xəzər Lənkəran»la heç-heçə edən «Sumqayıt» «Kəpəz»lə oyunun hazırlığını davam etdirir. «Bayıl Arena»da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir.

Yüngül zədəsi olan kapitan Samir Abbasov və Pərdis Fərcad-Azad fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, «Kəpəz» – «Sumqayıt» oyunu aprelin 27-də «Dalğa Arena»da keçiriləcək və saat 17.00-da başlayacaq.

Xəbər 958 dəfə oxundu.