Arşavin “Sevilya”nın maraq dairəsindədir
“Arsenal”ın hücumçusu Andrey Arşavin “Sevilya”nın maraq dairəsinə düşüb. İspaniya klubu Alvaro Neqredonun yerinə 31 yaşlı rus futbolçunu görür.

Qeyd edək ki, “Sevilya” London klubu ilə mövsümün sonunda müqaviləsi bitəcək. O, Arşavini azad agent kimi transfer etmək niyyətindədir.
Bu mövsüm isə idmançı İngiltərə Premyer Liqasında 7 oyunda meydana çıxıb 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, bundan əvvəl idmançının “Xəzər Lənkəran”a keçəcəyi xəbərləri yayılmışdı.

Xəbər 860 dəfə oxundu.