“Taskent Open” Beynəlxalq turnirində şahmatçımız uğurla çıxış edib
Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII “Taskent Open” Beynəlxalq turniri davam edir.
Yarışda Azərbaycanı təmsil edən qrossmeyster Azər Mirzəyev özbək şahmatçısı Marat Cumayev ilə qarşılaşmasında oyunu heç-heçə başa çatıb. Bununla da, hesabında 5 xal olan şahmatçımız turnirin liderlərindən cəmi bir xalla geridə qalır.

Aprelin 23-dək davam edəcək turnirdə İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Azərbaycan, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan 101 şahmatçı iştirak edir.

Xəbər 896 dəfə oxundu.