Türkiyə millisi artıq Bakıdadır | |
Ölkəmizin 16 yaşadək futbol komandası ilə yoldaşlıq oyunları keçirəcək olan Türkiyə millisi artıq Bakıdadır. Qardaş ölkənin yığması 18-i futbolçu olmaqla 27 nəfərlik heyətlə dünən axşam 19:45-də paytaxtımıza gəlib. Belə ki, İstanbuldakı “Radisson Blu Conference & Airport Otel”də bir araya gələn türklər sabah və aprelin 25-i Aslan Kərimovun yetirmələri ilə 2 oyun keçirəcək. “Bayıl Arena” stadionundakı qarşılaşmalar saat 16:00-da başlayacaq. Baş məşqçi Mehmet Hacıoğlu 5-i legioner olmaqla aşağıdakı futbolçuları ölkəmizə gətirib: Qapıçılar: Hasan Göksu (Ankaraspor), Mehmet Aşcı (Dardanelspor) Müdafiəçilər: Yusuf Yalçın Arslan (Altınordu), Musa Akarslan (Beşiktaş), Kadir Kaan Özdəmir, Rəcəp Kutun (hər ikisi “Fənərbaxça”), Səfa Özdəmir (Qalatasaray), Mahmut Emin Kabul (Trabzonspor) Yarımmüdafiəçilər: Ərən Kurtulmuş (Dənizli Bələdiyyəspor), Yiğithan Güvəli (Fənərbaxça), Alpay Koçaklı (Kardəmir Karabükspor), Yusuf Cücəoğlu (“Köln”, Almaniya), Ahmet Canbaz (“Hannover 96”, Almaniya), Alpər Adəmoğlu (“Genk”, Belçika) Hücumçular: Yusuf Türk (Fənərbaxça), Mücahit Can Akçay (Gənclərbirliyi), Tarık Kurt (“Borussiya” Dortmund, Almaniya), Furkan Çevik (“Hoffenhaym”, Almaniya) Türkiyə yığması ayın 26-sı saat 14:45-də Bakı – İstanbul hava reysi ilə ölkəmizi tərk edəcək. |
|
Xəbər 879 dəfə oxundu. |
|
|