Sumo üzrə Avropa çempionatı | |
Varşavada Azərbaycan idmançılarının iştirakı ilə sumo üzrə Avropa çempionatı keçirilir. 21 yaşınadək olan sumoçularımız arasında 3 qızıl və 1 bürünc medal qazanıblar. Namiq Sadıxov (92 kq) və Əmiraslan Əhmədov (115 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal, Əmrah Əhmədov isə (70 kq) yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüblər. Yığma komandamız 1-ci yerə çıxaraq, komanda birinciliyində günün başlıca kubokunu qazanıb. |
|
Xəbər 1310 dəfə oxundu. |
|
|