AİPS-in bayrağı Soçidə Azərbaycana təqdim ediləcək
Aprelin 15-dən 19-dək Rusyianın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının – AİPS-in 76-cı konqresi keçirilir.

Konqresdə Azərbaycandan AİPS-in 4 üzvü iştirak edəcək. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətnin rəhbəri Qabil Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və vitse-prezidenti Nərgiz Mahmudzadədir.

Qeyd edək ki, gələn il AİPS-in 77-ci konqresi Azərbaycan paytaxtında təşkil ediləcək. Bu münasibətlə təşkilatın bayrağının Azərbaycan nümayəndə heyətinə təqdim edilməsi gözlənilir.

Tədbirin gedişində ölkəmizin gələnilki evsahibliyi ilə bağlı təqdimatı da olacaq.

Qeyd edək ki, AİPS-in konqresi indiyədək keçmiş SSRİ məkanında yalnız bir dəfə - 1980-ci ildə, Olimpiada ərəfəsində Moskvada təşkil edilmişdi.

Bakıda keçiriləcək 77-ci Konqres AİPS-in 90 illik yubileyinə təsadüf etdiyi üçün xüsusilə əlamətdar olacağı gözlənilir.

Xəbər 694 dəfə oxundu.