"Real" və "Borussiya" yarımfinalda | |
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. "Qalatasaray" səfərdə 3:0 hesabı ilə uduzduğu "Real"ı doğma meydanda qəbul edəcək. Öz evində inamlı qələbə qazanan "kral klubu" növbəti mərhələnin astanasındadır. "Cim-Bom" isə TT arenada möcüzə axtarışında olacaq. İstanbul təmsilçisinin növbəti mərhələyə adlaması inandırıcı deyil. "Borussiya" isə səfərdə 0:0 hesabı ilə bərabərə qaldığı "Malaqa"nı qonaq edəcək. Almaniyada özünə sərfəli nəticə qazanan Dortmundu təmsilçisinin növbəti mərhələ şansları daha realdır. Çempionlar Liqası, 1/4 final, cavab oyunları 9 aprel 23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Malaqa” (İspaniya) Qollar: Levandovski, 40, Roys, 90, Auqusto, 90+1 - Xoakin, 25, Eliseu, 82. İlk oyun 0:0 23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) Qollar: Ebue, 57, Sneyder, 71, Droqba, 72 - Ronaldo, 8; 90+3. İlk oyun 0:3 |
|
Xəbər 878 dəfə oxundu. |
|
|