Azərbaycan birinciliyinə yekun vurulub | |
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarının 200-dək idmançısı qələbə uğrunda mübarizə aparıb. Bu il böyüklər arasında ölkə çempionatında gümüş medal qazanan Münasib Məmmədov (49 kq) gənclərin yarışında hamıdan güclü olub. O, finalda Cavid Daşov üzərində 12:6 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, Məmmədov bu ilin fevrlında Bolqarıstanda keçirilən böyüklər arasında “Strandja” turnirində də 2-ci olmuşdu. Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elnur Şəfizadə ilə müxtəlif beynəlxalq yarışların qalibi Məsud Yusifzadənin döyüşü böyük maraqla gözlənilirdi. Ancaq Şəfizadə zədələndiyindən final görüşünə çıxmayıb. Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı (75 kq) həlledici görüşdə gözlənilmədən Nəbi Bağırova uduzub – 7:12. Avropa birinciliyinin daha bir mükafatmısı Rahil Məmmədli (81 kq) finalda Emil Mövsümzadəyə uduzub – 16:21. Final döyüşlərinin nəticələri 49 kq Münasib Məmmədov (Rabitə) 12:6 Cavid Dadaşov (Neftçi) 52 kq Elnur Şəfizadə (Rabitə) – Məsud Yusifzadə (Rabitə) Şəfizadə görüşə gəlməyib 56 kq Nəsrəddin Məmmədov (Neftçi) – Xəyyam Məmmədov (Neftçi) Məmmədov görüşə gəlməyib 60 kq Valeh Ramazanov (Qızıl Əlcək) 17:10 Orxan Əliyev (Gilan) 64 kq Cavid Quliyev (Neftçi) 25:6 Firudin Zeynalov (Rabitə) 69 kq İlqar Mirzəyev (Rabitə) – Hidayət Musayev (Qəbələ) Mirzəyev görüşə gəlməyib 75 kq Nəbi Bağırov (Qızıl Əlcək) 12:7 Orxan Mayıllı (Neftçi) 81 kq Rahil Məmmədli (Qəbələ) 16:21 Emil Mövsümzadə (Rabitə) 91 kq Nicat Muradlı (Qəbələ) 4:13 Sadıq Səmədov (Neftçi) 91+kq David Pirxiyev (Qızıl Əlcək) 12:5 Timur Vəliyev (Neftçi) |
|
Xəbər 2428 dəfə oxundu. |
|
|