“Aura”da jurnalistlər arasında skvoş yarışı keçirilib | |
Dünən “Excelsior” mehmanxanasının “Aura” İdman-Sağlamlıq Mərkəzində jurnalistlər üçün skvoş oyunu üzrə məşq keçirilib. İdman.com.az saytı xəbər verir ki, çalışmanı yerli mütəxəssis Tahir Namazov aparıb. Məşqdən sonra 10-a yaxın mediya nümayəndəsi skvoş yarışında iştirak edib. Qalib jurnalistlərə “Aura” İdman-Sağlamlıq Mərkəzindən hədiyyə və sertifikat verilib. “Excelsior Hotel Baku”nun Əməliyyat departamentinin direktoru Kamal Dilər sözü gedən idman handa danışıb. O bildirib ki, skvoş, böyük tennis və badminton kimi idmanın raketkalı növüdür: - Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Hazırda bu idman növü nüfuzlu və populyardır. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Məhz buna görə də, skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də, skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin idmanıdır. |
|
Xəbər 996 dəfə oxundu. |
|
|