Millidə daha bir dəyişiklik
Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik edilib. Azad Rəhimovun (“Torpedo”, Rusiya) əvəzinə hazırlıq prosesinə Fəhmin Muradbəyli (“Neftçi”) dəvət olunub.

Xatırladaq ki, bundan əvvəl Coşqun Diniyevin (“İnter”) zədəli olduğu üçün, Mirkamil Həşimlinin isə “Fənərbaxça” (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacağı müəyyənləşmişdi.

Xəbər 821 dəfə oxundu.