Çimərlik voleybolu üzrə Dünya Çempionatı 2013 | |
Çimərlik voleybolu üzrə Dünya Çempionatı 2013-ün təşkilatçıları, jurnalistləri Stare Yaboda iyunun 21-dən 23-dək keçiriləcək çimərlik voleybolunda iştirak etməyə dəvət edib. İdman.com.az saytının məlumatına görə, media müsabiqəsi Dünya Çempionatının başlamasından bir həftə əvvəl keçiriləcək. Bu da jurnalistlər üçün ilk təcrübə əldə etməyə imkan yaradacaq. Jurnalistlər həmçinin iyulun 1-dən 7-dək Çimərlik Voleybolu üzrə Dünya çempionatının 9-cu sayında iştirak edən çimərlik voleybol oyunçuları üçün təklif olunan obyektlərlə və imkanlarla tanış olacaqlar. Buranın mərkəzi stadionu 9 min tamaşaçı tutur. Qeyd edək ki, bu yarışma hər 2 ildən bir 48 komandanın iştirakı ilə keçirilir. Çempionat dünyanın 47 stansiyasından canlı yayımlanacaq və 837 milyon tamaşaçının bu oyunları izləyəcəyi gözlənilir. Aynurə |
|
Xəbər 1317 dəfə oxundu. |
|
|