Terri hakimin penaltidə ədalətsizlik etdiyini bildirib
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Rubin”i 3:1 hesabı ilə məğlub edən Con Terri matç haqda fikirlərini bildirib. İdman.com.az saytının məlumatına görə,“Çelsi”nin müdafiəçisi Terri hakimin penaltidə ədalətsizlik etdiyini bildirib.

“Rəqibimizi çox asanlıqla 2:0 məğlub etdik. Hakimin daha sonra bizim qapılarımıza penalti təyin etməsi ədalətsizlik idi. Əslində “Rubin” gücsüz rəqib deyil. Bizim qarşılaşmamız hələ heç nəyin həll olunması demək deyil. Bizi Rusiyada da çətin matç gözləyir”. -deyə Terri vurğulayıb.

Xəbər 1010 dəfə oxundu.