Futbolda yeni bir sistem | |
DÇ-2014-ün final mərhələsində istifadə olunacaq daha bir qolların avtomatik qeydə alınma sistemi müəyyənləşib. Braziliyadakı mundialda qapılarını texnologiyalara açaraq FİFA “GoalControl-4D” sisteminə üstünlük verib. Bundan əvvəl isə adıçəkilən texnologiya bu ilin iyununda baş tutacaq Konfederasiyalar kubokunda da sınanacaq. Hər hansı problemin yaşanacağı halda dünya futbol qurumu qərarını dəyişə bilər. “GoalControl-4D” FİFA-dan lisenziya alan 4-cü belə sistemdir. Bunadək “Hawk-Eye”, “GoalRef” və “Cairos” da buna nail olmuşdu |
|
Xəbər 813 dəfə oxundu. |
|
|