Bekhem "Barselona" ilə keçirdikləri oyundan danışıb
PSJ-nin ingiltərəli yarımmüdafiəçisi Devid Bekhem Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə keçirdikləri oyundan danışıb. Təcrübəli yarımmüdafiəçi qələbə qazana bilməmələrini şanssızlıqla əlaqələndirib:

"Birinci hissədə yaxşı şanslar yaxaladıq. Əgər həmin imkanları dəyərləndirə bilsəydik, ssenari başqa cür olardı. Əlbəttə, 2:2 bizim üçün 1:2-dən daha yaxşı nəticədi. Bəhanə axtarmağa ehtiyac yoxdu. Çünki keçmişə qayıdıb, nəticəni dəyişdirə bilmərik".

Xatırladaq ki, PSJ - "Barselona" oyunu 2:2 hesabı ilə başa çatıb.

Xəbər 903 dəfə oxundu.