Braziliyada bilet müharibəsi | |
Braziliyada 2014-cü il dünya çempionatının bilet satışı zamanı fanatların davası düşüb. İdman.com.az saytı xəbər verir ki, azğın kütləni sakitləşdirmək üçün Bayya ştatının polisi gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib. Fanatların çox öz növbəsini gecədən gözləyib və bilet satışı məntəqələri açılan kimi qarışıqlıq yaranıb və nəzarət polisin əlindən çıxıb. Dünya çempionatında Bayyadakı yeni stadion ilk oyununu qəbul edəcək. Arena 330 milyon dollara başa gəlib. Layihəyə görə isə onun dəyəri 280 milyon olmalı idi. |
|
Xəbər 957 dəfə oxundu. |
|
|