«Reyncers» bir divizion yuxarı qalxıb
Şotlandiyanın 54-qat çempionu «Reyncers» 2012-ci ilin yazında iflasa uğramışdı. İdman.com.az saytı xəbər verir ki, dahi klub maliyyə fırıldaqlarında və vergi ödəməməkdə ittiham olunurdu. Şotland Permyer Liqasının klub rəhbərləri Qlazqo təmsilçisinin yarımpeşəkarları əhatə edən 4-cü diviziona atmağa səs verdiblər.

Böyük maliyyə itkiləri məmurları qorxutmayıb. Nəticədə «Reyncers» artıq «Seltik», hətta «Dandi Yunayted» kimi klublarla deyil, məsələn, «Sterlinq Albion» kimi ekzotik rəqiblərlə mübarizə aparmalı olub. Aşağı divizionda olsa da, ev oyunları 40-45 min tamaşaçı toplayıb. Təbii ki, həmin divizionda «Reyncers»lə rəqabət aparmaq iqtidarında klub yox idi.

Divizionun qalibliyini komanda yarışın başa çatmasına 2 tur qalmış təmin edib. Beləcə komanda bir divizion yuxarı qalxıb. İki il də keçəndən sonra, komanda artıq Premyer Liqaya da qayıda bilər. Hələliksə, «Seltik» «Reyncers»in dönüşünədək ən güclülərin yarışında atını oynadır. Ancaq vaxt daralır.

Xəbər 901 dəfə oxundu.