“İnter” yeni bəyanat yayıb | |
“İnter” yeni bəyanat yayıb. Bəyanat “İnter”-”Neftçi” (0:1) matçından sonra Anar Salmanovun avtomobilinə vurulmuş zərərlə bağlıdı. Həmin bəyanatı təqdim edirik: “Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində 30.03.2013-cü il tarixdə keçirilən “İnter”-”Neftçi” matçından sonra qarşılaşmanın baş hakimi Anar Salmanova məxsus avtomobilə zərər vurulması barədə Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlərlə tanış olduq. “İnter” PİK-in rəhbərliyi belə bir hərəkətə yol verilməsini qınayır və günahı olan şəxs və ya şəxslərin tezliklə məsuliyyətə cəlb olunacağına ümid edir”. |
|
Xəbər 936 dəfə oxundu. |
|
|