Çələbiyevin ikinci qələbəsi | |
Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir davam edir. Yarışın ikinci günündə Cavid Çələbiyev (56 kq) növbəti qələbəsini qazanıb. Milli komandamızın üzvü rusiyalı Oleq Suşevskini çətinlik çəkmədən məğlub edib – 19:5. Çələbiyev yarımfinalda ukraynalı Oleq Prudki ilə üz-üzə gələcək. Superağır çəki dərəcəsində yarışan Kamran Mehdiyev yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Ukrayna idmançısı Konstantin Çernış üzərində 15:6 hesabı ilə qələbə qazanıb. Onun növbəti rəqibi qazaxıstanlı Jan Kosobutski olacaq. Avropa çempionu Salman Əlizadə (52 kq) ilk döyüşdəcə uduzaraq, yarışdan kənarda qalıb. O, Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı Casurbek Latipova (Özbəkistan) uduzub - 8:17. Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Soltan Migitinov (75 kq) ilk döyüşdə qələbə qazansalar da, ikinci görüşdə məğlubiyyətlə üzləşiblər. İsayev bərabər səviyyədə keçən görüşdə Ukrayna təmsilçisi Dmitri Çernyaka 1 xal fərqlə (16:17) yenilib. Tamerlan Abdullayev də qazaxıstanlı Baxıtjon Kojabekova kiçik fərqlə məğlub olub – 13:15. London Olimpiadasının iştirakçısı Soltan Migitinov da türkiyəli Adem Kiliccıya 1 xal fərqlə uduzub – 10:11. Təssüff ki, yarış London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) üçün uğursuz alınıb. Zədədən hələ tam şəkildə sağalmayan boksçumuz özbəkistanlı Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılıb – 8:14. |
|
Xəbər 937 dəfə oxundu. |
|
|