PSJ Vengerdən cavab gözləyir
PSJ rəhbərliyi London «Arsenal»ının sükançısı Arsen Vengerlə bir sıra görüşlər keçirib. İdman.com.az saytı xəbər verir ki, tərəflər fransalı mütəxəssisin Paris klubunda işləməsinin mümkünlüyü barədə söhbət aparıblar. PSJ-yə sahib olan qətərli şeyxlər

Arsen Vengerdən klubun sükanını ələ keçirməklə bağlı mümkün qədər tez cavab verməyi gözləyirlər. Fransalı mütəxəssis son zamanlar «Arsenal»dan getmək barədə düşünür. Lakin Venger hələ ki, Paris klubuna cavabını verməyib.

Xəbər 895 dəfə oxundu.